Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiyaya qarşı savaşda Avropa ABŞ-ı yarı yolda qoyur…

Image


Ukraynada davam edən müharibə fonunda maraq doğuran məsələ bu ölkəyə Qərb yardımlarının nə qədər davam edəcəyidir. Çünki müharibənin gələcəyi bu faktdan əhəmiyyətli dərəcədə asılıdır. Hazırda diqqət çəkən məqam Ukraynaya yardım məsələsində Qərbdə yaranan fikir ayrılığının dərinləşməsidir.

Beynəlxalq məsələlər üzrə ekspert Maykl Qfeller və ABŞ-ın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Devid Rundell Amerikanın həftəlik “Newsweek”jurnalı üçün yazdıqları məqalədə diqqəti ona yönəldirlər ki, ABŞ Rusiya ilə mübarizə aparmaq üçün avropalı müttəfiqlərinə arxalanır, lakin bu, sonsuza qədər davam edə bilməz. Səbəblər siyahısında müəlliflər, xüsusən enerjinin qiymətinin sürətlə artmasına, inflyasiyaya və yaşayış minimumunun ümumi bahalaşmasına səbəb olan anti-Rusiya sanksiyalarının səbəb olduğu Avropanı bürüyən iqtisadi böhranı ilk olaraq vurğulayırlar. Bu amillər artıq bir sıra Avropa ölkələrində hakimiyyətin ən yüksək eşelonlarında istefalara səbəb olub. Bölgəni iqtisadiyyatın əsas sahələrində çalışan işçilərin tətil dalğası bürüyüb. Ekspertlər ictimai narazılığın və iğtişaşların artacağını proqnozlaşdırır. Məqalədə deyilir ki, Avropa liderləri nələr olacağını aydın dərk edirlər: “Macarıstan prezidenti Viktor Orban Rusiyaya qarşı sanksiyaları pisləyib. Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans onunla razılaşaraq xəbərdarlıq edib ki, bu qış enerji çatışmazlığı səbəbindən Avropanı çox, çox güclü münaqişələr və çəkişmələr gözləyir. Bütün bunlar müttəfiqlərinə arxalanan ABŞ-ın maraqları üçün yaxşı heç nə vəd etmir. Avropa İttifaqı ölkələri ABŞ-a Rusiyaya qarşı mübarizədə qeyri-müəyyən müddətə kömək etməkdə davam etməyəcək. Bu, regionda yaxınlaşan iqtisadi böhranla bağlıdır. Rusiyaya qarşı sanksiyaların tətbiqi səbəbindən Avropa enerji qiymətlərinin artması, inflyasiya və yaşayış minimumunun artması ilə əhatə olunub. Rusiya Xarici İşlər Nazirliyinin xarici siyasət planlaşdırılması departamentinin direktoru Aleksey Drobin bu fonda Qərblə əməkdaşlıq dövrünün başa çatdığını elan edib. Onun sözlərinə görə, hazırda Avropa-ABŞ münasibətlərində 24 fevral 2022-ci il tarixindən əvvəlki vəziyyətə qayıtmağın mümkünsüzlüyünü anlayaraq illüziyalardan qurtulmağın vaxtıdır”. Elə Almaniyanın “Velt” nəşri də yazır ki, Rusiyaya qarşı sanksiyalar səmərəliliyini itirir. Qeyd olunur ki, Avropa İttifaqının Rusiyaya sanksiya tətbiq etməsinə baxmayaraq, bu ölkənin Almaniya ilə xarici ticarətinin artması bütün bu addımların effektsizliyini sübut edir: “Qərbin Rusiyaya sanksiyalarının əsas məqsədi Putini diz çökdürmək yox, ona xəbərdarlıq etməkdir. Amma çətin ki, Rusiya bu xəbərdarlığa qulaq assın. Avropa İttifaqı Rusiyadan kömür, polad, ağac, sement, balıq, spirtli içkilər və qızıl məhsullarının idxalını məhdudlaşdırsa da, Rusiyanın Almaniyada inkişaf edən qaz biznesi açıq şəkildə bu itkiləri kompensasiya edir. Belə ki, təkcə iyun ayında alman istehlakçıları Rusiya təchizatçılarına 3,5 milyard avro köçürüb. Bu da may ayı ilə müqayisədə təxminən 5% artım deməkdir. 2021-ci ilin may ayı ilə müqayisədə artım hətta 39% təşkil edir”.

NATO-nun baş katibi Yens Stoltenberq qeyd edir ki, Rusiyaya qarşı Qərb ölkələri arasında parçalanma fəlakətlə nəticələnə bilər: “Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı ambisiyalarında uğur qazanmaması bizim marağımızdadır. Putinin istədiyini hərbi güc tətbiq edərək əldə etdiyi bir dünya bizim üçün çox təhlükəli bir dünyadır. Əgər Rusiya bu müharibədə qalib gəlsə, Vladimir Putin təsdiqləyəcək ki, zorakılıq işə yarayır. O zaman digər qonşu ölkələr növbəti hədəf ola bilər”. Stoltenberq bildirib ki, bu münaqişədə NATO-nun iki tapşırığı var:  Ukraynanın dəstəklənməsi və münaqişənin NATO və Rusiya arasında tammiqyaslı müharibəyə çevrilməsinin qarşısının alınması. O əlavə edib ki, NATO Ukraynanın beynəlxalq hüquqla müəyyən olunmuş özünümüdafiə hüququnu dəstəkləyir və Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi tarixdən etibarən NATO, həmçinin üzv ölkələr ABŞ, Kanada, Böyük Britaniya və Türkiyə Ukraynaya yardım edib. Stoltenberq vurğulayıb ki, təxminən 1 ay öncə keçirilən Madrid sammitində bütün NATO ölkələri Ukraynanın lazım olduğu qədər dəstəklənməsində razılaşıblar. Amma bu məsələdə artan fikir ayrılıqları da müəyyən fəsadlar yarada bilər. Ekspertlər qeyd edir ki, Qərb yardımlarının fikir ayrılığı səbəbindən azalması halında Rusiya Ukraynanın işğalı niyyətini reallaşdıra biləcək. Məhz bu fonda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml  Ukrayna böhranını öz şərtləri əsasında diplomatik yolla həll etmək istəyir. Onun sözlərinə görə, rəsmi Moskvanın şərtləri İstanbul görüşündə Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırılıb. Ukrayna prezidenti Vladimir Zelenskinin buna cavabı gecikməyib: “Rusiya həqiqətən müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubuna ehtiyat qüvvə çəkməzdi və Ukrayna ərazisində qətlə yetirilən günahsız insanların kütləvi məzarlarını yaratmazdı”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ