şənbə günü, 19 sentyabr 2026
     

“Zəngəzur dəhlizi bizi Ermənistandan ayıracaq" - İranda panika dərinləşir, səfir də başladı...

Image


İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Cənubi Qafqazda baş verən son proseslərə dair təhlilində qeyd edir ki, Kreml etiraf etməsə belə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Qafqazda mövqeyi zəifləyib, qüvvələr tarazlığı müəyyən qədər pozulub, yaranmış boşluq isə Azərbaycan, Türkiyə və digər ölkələri, o cümlədən Qərbi geniş imkanlarla təmin edib: 

“Qərbin Rusiyaya tətbiq etdiyi embarqo nəticəsində Avropada yaranan enerji böhranı enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın qaz istehlakçıları üçün əhəmiyyətinə və enerji təhlükəsizliyinə diqqəti artırıb. Ona görə də Qarabağda sülhün bərqərar olması üçün ABŞ və Avropanın səyləri artırılmalı və bu baxımdan aktor rəqabətinin tərəzisi Azərbaycanın xeyrinə dəyişməlidir. Bir tərəfdən, Qərb rəsmilərinin Azərbaycan və Ermənistanla, digər tərəfdən isə Rusiya rəsmilərinin hazırda bu iki ölkə liderləri ilə təmaslarının artdığını görürük. Təbii ki, Qərbə qarşı enerji kartını itirməmək və mövqedə zəifləməmək üçün Moskva bu prosesdən qəzəblənir və çox narahatdır. O, Qarabağdakı sülhməramlı qüvvələrini işə salmaqla, daxildə mümkün böhran yaratmaqla Azərbaycanla Ermənistan arasında gərginlik doğurmağa çalışacaq. Moskva, həmçinin Azərbaycandan Avropaya qaz ixracı prosesinə maneələr yaratmaq üçün Dağlıq Qarabağda sülhün bərqərar olmasına mane olacaq".

Daha sonra Ə.Süleymani qeyd edir: "Amerika və Rusiya təhlükəsizlik xidmətləri rəhbərlərinin Bakı və İrəvana bir-birindən azca zaman fərqi ilə səfəri iki ölkənin Qarabağdakı proseslərə həssaslığının dərinliyini və bu iki ölkədə təsir imkanlarını artırmaq cəhdlərini göstərir. JCPOA danışıqlarının dalana dirənmək ərəfəsində olduğunu nəzərə alsaq, çox güman ki, ABŞ təmsilçisi Azərbaycan və Ermənistan liderləri ilə görüşdə İrana məhdudiyyətlərin yaradılmasını da müzakirə edib. Amerikanın təkliflərini qəbul edərək, onlar bunu sürətləndirəcəklər; Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq və iki ölkə ilə Türkiyə arasında quru əlaqə yaratmaq, Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq və iki ölkənin sərhədlərini açmağa söz veriblər. Ermənistanın Azərbaycan və Türkiyənin mühasirəsindən çıxması ölkənin İrana ehtiyacını azaldacaq. Belə olan halda, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razılıq verməsi ehtimalı da diqqətdən kənarda qalmamalıdır. İrəvan, İrandan fərqli olaraq, İranla sərhədini itirməyə o qədər də həssaslıq göstərmir. Belə bir qərar veriləcəyi təqdirdə beynəlxalq hüquq, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə istinad edərək, bu hərəkəti öz milli suverenliyi çərçivəsində nəzərdən keçirəcək və beynəlxalq hüquq normalarına zidd olaraq İranın bu işə müdaxiləsinə imkan yaradacaq. Həmçinin, regionda enerji qovşağına çevrilmək layihəsini həyata keçirən Türkiyə Azərbaycanın tərəfdarı və NATO üzvü kimi qaza olan tələbatının bir hissəsini Azərbaycan hesabına təmin etməklə, Qərbin yanaşmasını izləyir. Baxmayaraq ki, Rusiya ilə yaxşı münasibətləri var və qazı bu ölkədən idxal edir. Amma sanksiyalara görə Rusiyanın Türkiyənin yanaşmasını dəyişmək üçün effektiv aləti yoxdur”.

Göründüyü kimi, İran rəsmilərinin ardınca indi də diplomatları Ermənistanın onların əlindən çıxacağından ehtiyat edirlər. Bu narahatlğın bir əsası varmı?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 30 illik işğal altında olan torpaqları azad etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra İran mütəmadi olaraq gərginlik yaradan  fikirlər səsləndirməkdədir və bu mesajlarda Zəngəzur dəhlizi ilə bağlı ştrixlər  əsas yer tutur: “Son iki ildə İran bu anlaşılmaz ritorikanı həm də daxildə hibrid üsullarla davam etdirir. Bu il martın 11-də Bakıda Azərbaycan və İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanacağı ehtimal olunurdu. Çünki Azərbaycan və İran arasında Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizi ilə bağlı imzalanmış memorandum mövcud regionda siyasi-iqtisadi  münasibətlərin təmzimlənməsində vacib məqam idi. Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşündə regional əməkdaşlıq, “3+3” formatına İranın qoşulması, Zəngəzur dəhlizinin açılması məsələsinə də hörmətlə yanaşması kimi mesajlar səsləndi. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşmasında yerləşən Azərbaycanla İranın geniş tranzit imkanlarının inkşafı, hər iki ölkənin  Şimal-Cənub Dəhlizinin əsas yolunda yerləşməsinin verdiyi üstünlüklər,  dəhlizdə dəmiryolunun bir hissəsi olan Astara-Rəşt dəmiryolunun tikilməsi üçün imkanların dəyərləndirilməsi kimi mesajlar səsləndirildi. Bu addımlar  postmüharibə dövründə Bakı ilə Tehran arasında imzalanan ilk vacib sənəd kimi  həm də regiondakı ticarət dəhlizlərinin gələcəyinə təsir elementi kimi nəzərdə tutulurdu.

Bu sənədlə İran  ərazisində Azərbaycan  Şərqi Zəngəzur iqtisadi rayonunun və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur. Dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şossesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.

Ancaq  İran hələ də bu anlaşılmaz ritorikasına davam edir və bu səmtdə mesajlarını hər gün daha çox sərtləşdirir.

Ancaq İranın 10 noyabr 3 tərəfli razılaşma bəndi olan, Azərbaycanın Ermənistanın Sunik əyaləti - Qərbi Zəngəzur vasitəsilə Naxçıvana və daha sonra Türkiyəyə uzanan yeni dəhliz yaratmasına olan anlaşılmaz münasibəti onunla olan əməkdaşlığı ikinci plana keçirir. Üçtərəfli razılaşmada tərəf olmayan, ümumiyyətlə bu proseslərdə iştirakçı olmayan İranın rəsmiləri və ali dini liderinin Ermənistanın imzaladığı və öhdəlik götürdüyü məsələləri özlərinin milli maraqlarına zidd hesab etmələri, əslində onların əsl iç üzlərini ortaya qoyur.

Həmçinin, İran atdığı bu yanlış addımları ilə özünü izolyasiyada daha maraqlı olduğunu göstərir. Bu isə onun daha çox daxili şərtlərindən irəli gəlir. Çünki  mühafizəkar qruplar İran dövlətini zəiflətməklə, daxildə güclənmək siyasəti həyata keçirirlər”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ