Cümə günü, 13 noyabr 2026
     

Rusiya vətəndaşılığı alan ermənilərin say artımı Ermənistanın axırına çıxır...

Image


Bu ilin yanvar-mart aylarında ümumilikdə müxtəlif  ölkələrdən olan 141,7 min insan Rusiya vətəndaşlığını qəbul edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,3 min nəfər və ya 12 faiz azalıb.

Fikirlər səslənir ki, bu azalma Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqələndirilə bilər. Lakin xatırladaq ki, bu əməliyyat fevralın 24-də başlayıb və hələ  də davam edir. Ona görə də burada bir vacib məqamı nəzərə almaq lazımdır. Vətəndaşlıq üçün müraciət etmək uzun bir prosesdir. Ona görə də hərbi əməliyyat amili bu sahəyə təsir edəcəksə, əsasən martdan sonrakı aylarda olacaq. Onu da bildirək ki, Rusiyanın yeni vətəndaşlarının böyük əksəriyyəti postsovet respublikalarındadır. Estoniya, Latviya və Litva istisna olmaqla yanvar-mart aylarında ümumi göstəricidə postsovet ölkələrinin  payı 97 faiz təşkil edib. Bu ölkələrdə Rusiya vətəndaşlığını qəbul edənlərin ümumi sayı da yanvar-mart aylarında  18,9 min nəfər və ya 12,1 faiz azalıb. Ancaq istisnalar da var. Söhbət Ermənistandan gedir. Yanvar-mart aylarında 10,9 minə yaxın Ermənistan sakini Rusiya vətəndaşlığını qəbul edib. İllik əsasda bu göstərici 0,7 min nəfər və ya 7,1 faiz artıb. Ümumiyyətlə, Rusiyada həyat səviyyəsi  Ermənistandan çox  yüksəkdir. Bundan əlavə, bəzi maneələrə baxmayaraq, Rusiya vətəndaşlığını almaq, məsələn, Avropa ölkələri və ya ABŞ-dan daha asandır. Lakin Rusiyanın hərbi əməliyyatından sonra vəziyyət kəskin şəkildə dəyişib. Rusiyalı ekspertlərin fikrincə, yaxın aylarda ölkədə qeydə alınan işsizliyin səviyyəsi artacaq. Tikinti ilə bağlı pessimist proqnozlar var. Ermənistandan çoxlu əmək miqrantının məşğul olduğu sahə də məhz tikintidir. Rusiyada ikirəqəmli inflyasiya proseslərin mənfi inkişafında öz rolunu oynayacaq. Bütün bu amillər mövsümi əmək miqrasiyasına mənfi təsir göstərəcək. Məhz o zaman Rusiya vətəndaşlığını almaq istəyənlərin sayı daha da azalacaq. Lakin burada yenə Ermənistan vətəndaşlarının istisnalıq təşkil etməsi gözlənilir. Məsələ ilə bağlı Ermənistanın “nyus.am” portal yazır: “Ermənistandakı mənzərənin Rusiyadan daha yaxşı olduğunu deməyə dəyməz. Vətəndaşlarımızın mühacirətinə daha çox ölkənin qeyri-sabit vəziyyəti, Ermənistanın sərhədyanı rayonlarındakı gərginlik və sair öz töhfəsini verir. Qeyd etmək yerinə düşər ki, bu amillər də ölkəmizə çox ehtiyac duyulan xarici investisiyaların axınına mənfi təsir göstərir. Aydındır ki, məşğulluq və aşağı gəlirlərlə bağlı xroniki problemlərin yaxın gələcəkdə həll ediləcəyi ehtimalı azdır. Yəni mühacirət üçün indiki stimul davam edəcək. Rusiya vətəndaşlığını almaq istətən ermənilər üçün daha bir motiv əlavə edək. Heç kimə sirr deyil ki, pensiya yaşına çatmış bir çox vətəndaş ölkəmizdəkindən qat-qat yüksək pensiya almaq üçün Rusiya vətəndaşlığını almağa çalışır. Və tez-tez bu vətəndaşlığı əldə edərək, həmin  insanlar Ermənistanda yaşamağa davam edir, burada Rusiya pensiyası alırlar. Yuxarıda deyilənlərə əsasən, Ermənistan sakinlərinin Rusiya vətəndaşlığını alması prosesində yalnız müvəqqəti səngimə gözləmək olar. Ukraynadakı müharibənin gözlənilməz nəticəsi və Rusiyanın Qərbin sanksiyaları ilə bağlı problemlərin həllindən çox şey asılıdır. Bir şey aydındır - kütləvi mühacirət ölkəmizi ağır nəticələrlə təhdid edir. Qeyd edək ki, 2017-2021-ci illərdə və bu ilin yanvar-mart aylarında 165 minə yaxın vətəndaşımız Rusiya vətəndaşlığını qəbul edib. Bu, Ermənistanın daimi əhalisinin 6%-ni təşkil edir. Biz buna daha kiçik miqyasda olsa da, vətəndaşlarımızın başqa ölkələrə daimi yaşamaq üçün getməsini də əlavə etməliyik. Əslində, son illərdə baş verənləri Ermənistandan daha bir güclü mühacirət dalğası hesab etmək olar”.

O da qeyd ediilir ki, Ermənistan insan resursları sarıdan getdikcə daha ciddi problemlərlə üzləşəcək. Beynəlxalq qurumların da  hesabatına əsasən, Ermənistanda ölkə əhalisi sürətlə azalır. Bu cür kəskin azalma tendensiyası ölkədə doğum nisbətinin aşağı düşməsi, daha da önəmlisi isə miqrasiya səviyyəsinin artması ilə əlaqədardır. Mühacirətin davamlı xarakter alması bu ölkə üçün tükəndirici faktora çevrilə bilər və hazırda çevrilməkdədir. Demoqraflar həyəcan təbili çalaraq bildirirlər ki, Ermənistan “yaşlanır” və bunun əsas səbəblərindən biri də miqrasiyadır. Ölkədən gedən insanların yaş qrupları üzrə bölgüsünə baxdıqda problemin daha da dərin olduğunu görmək olar. Ermənistanın bəzi kəndlərindən böyük sayda mühacirət olduğunu və kəndlərdə artıq gənclərin, demək olar ki, qalmadığını Ermənistanda da etiraf edirlər. Erməni ekspert Anna Hovhannisyan bildirir ki, ölkədən miqrasiya axını yaş qruplarının tərkibində ciddi kənarlaşmalara səbəb olur. Düzdür, Ermənistanda miqrasiya heç də yeni fenomen deyil. Ölkənin müstəqillikdən sonrakı dövrü davamlı olaraq buradan miqrant axını ilə xarakterizə olunur. Mütəxəssislərin hesablamalarına görə, Ermənistandakı ailələrin üçdə biri miqrantların, xüsusilə mövsümi əmək miqrantlarının evlərinə göndərdikləri pul köçürmələri hesabına yaşayır. Qısamüddətli perspektivdə ölkənin tədiyyə balansı üçün müsbət amil kimi görünsə də, uzunmüddətli perspektivdə xaricdən pul köçürmələrindən bu cür asılılıq ölkənin xarici iqtisadi şoklara qarşı həssaslığını olduqca artırır. Bundan əlavə, mütəxəssislərin qısamüddətli miqrant ailələri ilə müsahibələri də göstərir ki, pul köçürmələri əsasən yaşamaq üçün ən vacib olan gündəlik ehtiyaclara istifadə olunur. Ümumilikdə, bu kimi tendensiyalar yavaş-yavaş Ermənistanda istehlakyönümlü iqtisadiyyatın formalaşmasına gətirib çıxarıb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ