Cümə günü, 13 noyabr 2026
     

Türkiyədə Rusiya-Ukrayna danışıqlarının növbəti raundu nə vaxt başlayacaq?

Image


Rusiyanın suveren Ukraynaya qarşı işğalçılıq siyasəti davam edir. Eyni zamanda zəbt edilmiş ərazilərdə ilhaq kursu aparılır. Saxta “birləşmə referendumları”na hazırlıq gedir.

“Ukraynanın cənub əraziləri Rusiyanın tərkibinə daxil olacaq”. Bunu Krımın Rusiyadakı daimi nümayəndəsi Georgi Muradov deyib. “Şübhə etmirəm ki, keçmiş Ukraynanın cənubunda işğaldan azad edilmiş ərazilər Rusiyanın bölgəsinə çevriləcək”, - deyə o əminliklə bildirib.

Krımın daimi nümayəndəsi iddia edib ki, cənub əraziləri “Ukraynaya hədiyyə edilib, halbuki, tarixən orada rusdilli əhali yaşayıb”. Muradova görə, artıq həmin ərazilərdə mülki-hərbi idarələr yaradılır, Rusiya televiziya kanalları fəaliyyət göstərir, rus valyutasından istifadə olunmağa, məktəblər isə Rusiya dərslikləri əsasında təhsilə başlayır.

Ukrayna prezidenti Vladimir Zelenski aprelin sonunda xəbərdarlıq etmişdi ki, Rusiya qoşunlarının işğal elədiyi ərazilərdə referendum keçirilərsə, Kiyev Moskva ilə danışıqlar prosesindən geri çəkiləcək. Zelenski həmçinin ölkəsinin müharibədə qalib gələcəyi və Ukraynaya aid bütün əraziləri geri alacağına dair qətiyyətli olduğunu söyləyib. Bu nə dərəcədə realdır?

Məlumdur ki, hərbi əməliyyatlara başlayarkən Rusiya Ukraynanın ərazilərinin ən azı Kiyev də daxil olmaqla böyük hissəsini tutmaq istəyirdi. Müharibənin ilk günlərində planın belə olduğu göz qabağında idi. Lakin sonradan aydın oldu ki, buna nail olmaq mümkün deyil və daha real planlar ortaya qoyulmalıdır. Bundan sonra Kiyev və Çerniqovdan çəkilmək qərarına gələn Moskva Krımın, Donetsk və Luqanskın mövcud statuslarının tanınmasına nail olmaq üçün “bufer zona” yaratmaq və gələcəkdə həmin əraziləri tələblərin qəbul olunması qarşılığında geri qaytarmaq planını işə saldı. Ancaq bu onun “minimum proqramı”dır. İşlər yaxşı getsə rusların gələcəkdə yeni “müstəqil respublikalar” yaratmaq barədə də düşünə biləcəkləri də istisna olunmur. Hələlik bu mümkün görünmür. ABŞ kəşfiyyatının və Pentaqonun etiraf etdiyi kimi bu gün müharibədə “pat” vəziyyəti yaranıb. Nə Rusiya qabağa gedə bilir, nə də Ukrayna onu tutduğu mövqelərdən vurub çıxara bilir.

ABŞ-ın “Lend-liz qanunu” ilə verməyi planlaşdırdığı hərbi texnika bütünlüklə təyinat nöqtəsinə gəlib çatdıqdan sonra vəziyyətin Ukraynanın xeyrinə dəyişməsi mümkündürmü? Çox istəyərdik ki, belə olsun və Ukrayna rus qoşunlarını işğal etdikləri ərazilərdən vurub çıxara bilsin. Ancaq bunun baş verməsi mümkün görünmür.

 Çox güman ki, Ukraynanın hərbi cəhətdən güclənməsi Rusiyanın geri çəkilməsi ilə deyil, daha qəddar üsullara əl atması ilə nəticələnəcək. Bu halda taktik nüvə silahlarından, kimyəvi silahlardan və digər kütləvi qırğın silahlarından istifadə halları ortaya çıxa bilər. Rusiya hakim dairələri- “dünyanın imperialist gücləri bizə qarşı birləşiblər, biz təkbaşına birləşmiş qüvvələrlə üz-üzə qalmışıq və bu ədalətsizlikdir”-deyib, öz qəddar hərəkətlərinə haqq qazandırmağa çalışa bilərlər.

Ukrayna prezidenti V.Zelenski danışıqların kəsiləcəyini və mümkünsüz olacağını gah Mariupolda mühasirədə olanların öldürülməsi ilə, gah Rusiya qoşunlarının işğal elədiyi ərazilərdə referendum keçirməsi ilə, gah da digər şərtlərlə əlaqələndirir. Ancaq bu cür fikirlər ciddi hesab oluna bilməz və Ukrayna liderinin dalbadal bəyanatlar verərkən bir az götür-qoy etməsi, hadisələrin hansı istiqamətə gedəcəyini anlamağa cəhd göstərməsi pis olmazdı. Rusiya-Ukrayna sülh danışıqları qaçılmazdır və bu istiqamətdə dalbadal “ultimatum”lar səsləndirmək, onun özünü çətin vəziyyətə sala bilər.

Bu gün sülh danışıqlarını təşkil edə biləcək yeganə ölkənin Türkiyə olduğunu hamı etiraf edir və yaxın aylarda danışıqların başlanması istisna olunmur. Sülh danışıqlarında əsas maneə bir tərəfdən ABŞ və Böyük Britaniyanın mövqeyi, digər tərəfdən Rusiyanın bir çox tələbi ifadə edən “ultimatum”lar irəli sürməsidir. Cəbhədə “pat”  vəziyyəti davam etdikcə mövqelərin dəyişməsi ehtimalı da artacaq. İlk belə siqnal Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijovdan gəldi. O, Sky News telekanalına verdiyi müsahibədə bir tərəfdən əməliyyatların nəzərdə tutulduğu kimi getdiyini iddia etsə də, digər tərəfdən, Rusiyanın yeni ərazilər işğal etmək istəmədiyini, Moskvanın tələblərinin Ukraynanın neytral statusu, Krımın və Donbas respublikalarının indiki statusunun tanınması olduğunu bəyan etdi. Kifayət qədər ziddiyyətli olsa da bu bəyanat sülh danışıqlarının nəticə verəcəyinə olan ümidləri xeyli artırır. Zənnimcə, həm Rusiya, həm də qərbin müharibədə təmsilçisi olan Ukrayna “tam və qəti qələbə” ümidlərindən imtina etsələr, Türkiyənin vasitəçiliyi ilə təşkil olunacaq sülh danışıqları nəticə verə və bu qanlı müharibəyə son qoyula bilər.

Abutalıb SƏMƏDOV
Azərbaycan Naminə Alyans Partiyasının sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ