Bazar günü günü, 15 noyabr 2026
     

Talışların həyatı barədə qondarma hesabatlar Azərbaycandakı milli-dini tolerant atmosferə qəti uyğun gəlmir...

Image


Tarixən  Azərbaycanın etnik coğrafiyası rəngarəng olub və tarixin heç bir mərhələsində Azərbaycanda, sayının azlığından-çoxluğundan asılı olmayaraq, milli azlıqlara qarşı diskriminasiya və etnik-dini ayrıseçkilik faktı qeydə alınmayıb.

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyasının (1995-ci il, 12 noyabr) aşağıdakı maddələri (“Dövlət dili” Maddə 21, bənd 2; “Bərabərlik hüququ” Maddə 25, bənd 3; “Milli mənsubiyyət hüququ” Maddə 44, bəndlər 1, 2; “Ana dilindən istifadə hüququ” Maddə 45, bəndlər 1, 2;) və digər normativ hüquqi aktlarla qorunur. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

  • Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz...

Konstitusiyanın 25-ci maddəsində ("Bərabərlik hüququ") "dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". Həmin maddədə göstərilir ki, "insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Milli azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ Azərbaycan Konstitusiyasında birmənalı şəkildə təsbit edilib. 44-cü maddədə ("Milli mənsubiyyət hüququ") göstərilir ki, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". 45-ci - "Ana dilindən istifadə hüququ" maddəsində deyilir: "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz".

Azərbaycan hökuməti insan haqları, o cümlədən  milli azlıqların müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s.) işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan  Respublikası insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq sənədlərə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”na, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”ya, 2000-ci il 16 iyun tarixli Qanunla Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na qoşulub. 

  • Azərbaycana hansısa yöndən təzyiqlər üçün yeni modellər axtarırlar...

Buna baxmayaraq, xaricdən idarə olunan bəzi qüvvələr güya Azərbaycanda milli azlıqlar kimi talışların hüquqlarının tapdandığına dair saxta rəy formalaşdırmağa çalışırlar. Görünən budur ki, 44 günlük müharibədən sonra müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana hansısa yöndən təzyiqlər üçün yeni modellər axtarırlar. İndi də talışların hüquqlarının pozulması, yaxud təhsil almaq hüququnun olmadığı barədə yeni format tapıblar. Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ) sentyabrın 15-də hesabat yayıb. Hesabatda Avropa Şurasının 2016-2021-ci illər ərzində “Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Sazişinə istinad edilərək Azərbaycanda talış xalqına münasibətdən bəhs olunur. Bildirilir ki, Azərbaycan hökuməti talışları xalq olaraq tanımır, onların dil, kimlik və təhsil hüquqlarına hörmətlə yanaşmır. Təbiidir ki, bu iddialar cəfəngiyatdır. Belə sərsəm iddiaların  meydana çıxması Azərbaycandakı multikultral və tolerant mühitlə adekvatlıq təşkil edirmi? Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan multikultural məkan kimi milli azlıqlara və müxtəlif dini konfessiyalara müsbət münasibətilə tanınır: “Talışlarla bağlı hazırlanıb AŞPA-nın nəzərinə çatdırılan hesabat başdan-ayağa Azərbaycan dövlətinin bu sahədə yeritdiyi siyasətə kölgə salmaq məqsədi güdür. Çünki talışlarla Azərbaycan türkü arasında qohumluq, mənəvi yaxınlıq, qaynayıb-qarışmaq minillərə dayanır. Talışlarla türklər hər zaman bir yerdə olub və həmişə ortaq mövqe nümayiş etdirib. Azərbaycan Prezidentinin azsaylı xalqlarla bağlı xüsusi fərmanı var. Həmin fərmanda azsaylı xalqların milli, mədəni inkişafı üçün bütün müddəalar öz yerini tapıb. Talış xalqına münasibət çox yaxşıdır. Biz qaynayıb-qarışmış bir toplumuq. Onlar bizimlə iç-içə yaşayır. Talışların yaşadığı Lənkəranda  Dövlət Universiteti var. Orada talış dili və ədəbiyyatı üçün müəllimlər hazırlayan xüsusi fakültə mövcuddur. Bu bölgədə orta məktəblərdə 1-4-cü siniflərə talış dili tədris edilir. Yəni talış dilinə bu kimi diqqət ayrılır. Lənkəranda dövlət tərəfindən maliyyələşdirilən Lənkəran Dövlət Teatrında həm Azərbaycan, həm də talış dilində tamaşalar hazırlanıb nümayiş olunur. Bundan başqa, orda regional televiziya var. Sözügedən regional televiziyada həftənin üç günü talış dilində proqramlar hazırlanıb təqdim edilir. Regional televiziyanın nəzdində radio da var və orda da talış dilində verilişlər yayımlanır. Talışların nümayəndələri Azərbaycan parlamentində, müxtəlif strukturlarda təmsil olunurlar. Mənsubiyyət etibarilə talış olanlar sırf Azərbaycan türklərinin yaşadığı rayonlarda həm icra başçısı, həm polis rəisi, həm də digər vəzifələrdə olurlar”.

Politoloqun sözlərinə görə, bizdə milli azlıqlara xüsusi diqqət göstərilir: “44 günlük Vətən müharibəsində talışlar xüsusi cəsarət, qəhrəmanlıq göstərdilər. Hər zaman talışlar bu cür davranıb, çünki Azərbaycan onların vətənidir və bu vətəni qorumaq üçün həmişə öndə olublar.  Onlar saylarının azaldılmasından gileylənirlər. Siyahıyaalmada kimsə öz milli mənsubiyyətini talış kimi göstərmirsə, biz buna nə edə bilərik? Bütün bu millətlər vahid Azərbaycan ətrafında birləşir. Biz bunun ən bariz nümunəsini 44 günlük müharibə zamanı gördük”.

Təbiidir ki, Azərbaycanda talışların hüquqlarının pozulduğu iddiası özünə ölkəmizdə heç bir dəstəkci qazana bilməz. Çünki Azərbaycandakı tolerant və multikultral mühit dünyada örnək kimi qəbul olunur.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ