Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan-Türkiyə tandemi ermənilər üzərində təsir gücünü artırır...

Image


Azərbaycan xarici siyasətində prioritet məsələlərdən biri də regionda bütün ölkələrin maraqlarına cavab verən əməkdaşlıq platformasının yaranması, ölkələr arasında müxtəlif sferaları əhatə edən əlaqələrin genişlənməsidir. Bu istiqamətdə Azərbaycan tərəfindən müvafiq addımlar da atılır. Eyni zamanda, Azərbaycan və onun müttəfiqi Türkiyə regionda hadisələrin istiqamət axarını təyin edən əsas güc mərkəzi qismində çıxış edir.

Azərbaycan-Türkiyə tandemi bu gün Cənubi Qafqazda hadisələrin inkişaf axarının müəyyən edilməsində həlledici mövqeyə malikdir. Bu, artıq dünya miqyasında, o cümlədən hər iki ölkəyə qarşı düşmənçilik siyasəti aparan Ermənistanda açıq etiraf edilir. Azərbaycan və Türkiyə liderlərinin səyi nəticəsində son illər ərzində ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətləri, strateji tərəfdaşlıq əlaqələri daha da möhkəmlənib. Bunun nəticəsində Türkiyə Azərbaycan sayəsində Cənubi Qafqazda daha güclü mövqe sahibinə çevrilib. Bunu rusiyalı politoloq Mixail Maqid də xüsusi olaraq vurğulayır. O bildirib ki, Cənubi Qafqaz bölgəsində Türkiyə regional gücə çevrilib: “İkinci Qarabağ müharibəsindən əvvəl Rusiyanın bölgədəki gücü mütləq idi. Ancaq müharibə vaxtı və sonra yeni vəziyyət yarandı. İndi isə 2 qlobal güc var: Türkiyə və Rusiya. Bakı Ankara ilə getdikcə hərbi və iqtisadi ittifaq yaradır, bununla bərabər orduları möhkəmlənir. Ermənistana gəlincə, sarsıdıcı bir məğlubiyyətdən sonra güclü Azərbaycan-Türkiyə ittifaqının mövcudluğunu da nəzərə alsaq, Ermənistanın bir dövlət olaraq varlığı indi tamamilə Rusiyadan asılıdır”. Politoloq qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın bölgədəki ana strategiyasını təhlükəyə atıb: “Rusiyanın bölgədəki hədəfi Türkiyə və İranın təsirinin genişlənməsini əngəlləmək olub. Ancaq II Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədəki təsiri o qədər artdı ki, bunu Rusiyanın strateji uğursuzluğu kimi də başa düşmək olar”.

Eyni mövqe Ermənistan Kommunist Partiyasının sədri Yercanik Kazaryan tərəfindən də sərgilənir: “Azərbaycan və Türkiyə Ermənistan üzərində üstünlüklərini getdikcə artırır. Bu halda Ermənistanın Rusiya və Belarusla birgə ittifaq dövlətinə daxil olması irəliyə doğru mühüm addım olar və iqtisadiyyata müsbət təsir edə bilərdi. Gənc mütəxəssislər Rusiyaya gedir və ingiliscə möhtəşəm danışırlar, amma onların çox zəif rus dili var. Ona görə də rus dili dərslərinin sayı ən azı iki dəfə artırılmalıdır”. Erməni akademik Ruben Safratsyanın da məsələyə münasibəti maraqlıdır: “Bakı və Ankara təkcə Ermənistana, Qarabağa deyil, bütün ermənilərə və regiona Türkiyənin Cənubi Qafqazda yeni statusda möhkəmlənməsinin, Azərbaycan-Türkiyə ittifaqının nə qədər dərin olduğunun təqdimatını ediblər”. Bu şəraitdə hesab edilir ki, Ermənistan üçün ən yaxşı hal regionda Bakı və Ankara ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Xatırladaq ki, Azərbaycan regionda sülh və konstruktv əməkdaşlıq təklifləri irəli sürür. Ermənistan qəbul etməlidir ki, onun təhlükəsizliyinə və iqtisadi inkişafına regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz. Ermənistanın xarici asılılıqdan qurtulmasının və beynəlxalq münasibətlərin müstəqil iştirakçısına çevrilməsinin yeganə yolu rəsmi Bakının sülh müqaviləsi təklifini qəbul etməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıması, əsassız iddialarından əl çəkməsi, beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməsi, nəqliyyat-kommunikasiya xətlərinin, xüsusən də  Zəngəzur dəhlizinin açılması Ermənistan üçün əsas və yeganə xilas yoludur. Ermənistan onu da qəbul etməlidir ki, Azərbaycan-Türkiyə tandemi regionda həlledici amildir. Bu tandem davamlı olaraq güclənməkdədir və belə gedişlə o, qlobal miqyasda da həlledici söz sahibi olacaq. Azərbaycan-Türkiyə tandemi ilə normal münasibətlər Ermənistanın gələcəyi üçün böyük önəm kəsb edir. Məhz bu halda Ermənistan kənar qüvvələrin əlində alət olmaqdan xilas ola, həqiqi müstəqilliyə qovuşa bilər. Əks təqdirdə bu ölkə kimlər üçünsə regionda forpost olmaqda davam edəcək, daim xarici asılılıq vəziyyətində qalacaq.

Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır və bu gedişlə o, daha da azalacaq. Çünki ölkədə məşğulluq səviyyəsi çox aşağıdır, iş yoxdur. Azərbaycanın işğal faktını aradan qaldırması fonunda Qarabağda çox məhsuldar torpaqlardan məhrum olan Ermənistanı daha böyük problemlər, ərzaq qıtlığı gözləyir. Bununla bağlı Ermənistanda artıq həyəcan təbili çalınır. Bu problemlərdən yeganə çıxış yolu Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini mümkün qədər tez normallaşdırmasıdır. Qarabağda qalan ermənilərin də durumu yaxşı deyil. İş o yerə çatıb ki, Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdikləri Azərbaycan ərazisindəki ermənilər separatçıların tör-töküntülərinin zülmünə etiraz ediblər. Etirazçılar separatçıların tör-töküntüsünə başçılıq edən Araik Arutyunyanın rüşvətxorluq etdiyini bildiriblər. Onlardan biri qeyd edib : “Araik Arutyunyan torpaqları zəbt edib. Deyirlər ki, guiya 100-ə yaxın kəndli (Azərbaycan ərazisində yaşayan erməniləri nəzərdə tutur) texnikaya görə təzminat alıb. Lakin kimdən soruşuruq, aldım deyən yoxdur. Ancaq adamı olanın zənglərinə cavab verilir. İşsizlərə yardım edilmir”.

Qeyd edək ki, onlar İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Göründüyü kimi, İrəvan və havadarları Azərbaycanın erməni vətəndaşlarını özlərinə cəlb etmək üçün yalan vədlər verir, lakin problemlərini həll etmirlər. Heç bir hüquqi, qanuni fəaliyyəti olmayan əldəqayırma, oyuncaq idarəetmə sistemi isə rüşvətxorluq və dələduzluqla məşğuldur. Bütün bunlardan xilas olmaq üçün ermənilər Azərbaycan-Türkiyə tandeminin şərtlərini qəbul etməlidir.

Ramil QULİYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ