Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda Azərbaycanın gücü və tam kapitulyasiya ilə bağlı maraqlı etiraflar...

Image


Bu gün Azərbaycanın yer aldığı Cənubi Qafqaz regionunda tamamilə yeni fərqli vəziyyət yaranmaqdadır. Bunu şərtləndirən başlıca səbəb Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə, Ermənistanın işğal siyasətinə son verilməsidir. Qeyd edilənlərdən sonra regionda baş verən ən mühüm hadisələrdən biri, heç şübhəsiz, 15 İyun - Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ölkəmizlə qardaş Türkiyə arasında imzalanan tarixi Bəyannamə oldu. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında birliyin, qardaşlığın daha da möhkəmlənməsinə, eyni zamanda regionda hadisələrin sonrakı inkişaf axarına ciddi təsir edəcək.

Regionda yeni reallıq Azərbaycanın xeyrinə kökündən dəyişir...

Şuşa Bəyannaməsində diqqət çəkən ən mühüm məqamlardan biri regionda nəqliyyat-kommunikasiya sferası ilə bağlıdır. Xüsusən də Zəngəzur dəhlizi barədə əksini tapanlar burada xüsusi diqqət cəlb edir. Xatırladaq ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi məsələsinə xüsusi yer ayrılıb. Bəyannamənin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu barədə bəhs edərək bildirib ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da, yuxarıda qeyd olunduğu kimi, İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir. İndi sözügedən sənəd fonunda bəlli olur ki, Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, hətta əməli, praktiki işlərlə bu dəhliz yaradılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Hesab edilir ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin, Azərbaycan və İran Culfası arasında dəmir yolu xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq. Hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu marşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti Türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq. Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsinin formalaşdırılmasına başlanıb. Xatırladaq ki, Azərbaycan indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Şimal” nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi “İpək Yolu”nun bərpasında mühüm önəm daşıyıb. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə qeyd edilən fonda Azərbaycanın mövqeyini daha da gücləndirəcək.

Maraqlıdır ki, artıq Ermənistanda da nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin mövqeyi qəbul edilir. Belə ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bölgədəki nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, kommunikasiyaların açılması yalnız Azərbaycanın deyil, həm də Ermənistanın təhlükəsizlik maraqlarına cavab verir: “Ümumiyyətlə, bölgədə kommunikasiyaların açılmasının tərəfdarıyıq, çünki həm Azərbaycanın, həm də bizim buna ehtiyacımız var”. Yaxın Şərq üzrə rus ekspert Mixail Maqid isə bildirir ki, artıq yeni yanaşmalar fonunda regionda həqiqətən də fərqli vəziyyət yaranır: “Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilk növbədə bu iki ölkənin təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığın gücləndirilməsinə və iqtisadi tərəfdaşlığın genişləndirilməsinə yönəldilib. Şuşa Bəyannaməsi tamamilə fərqli bir siyasi reallığın formalaşmasına kömək edəcək. 1920-ci illərdən bu yaxınlara qədər, yəni bir əsr boyunca Türkiyənin Cənubi Qafqazdakı rolu əhəmiyyətsiz idi. Hətta SSRİ dağıldıqdan sonra da bölgə tamamilə Rusiyanın hakimliyində idi. Qars müqaviləsi bir zamanlar bu vəziyyəti təmin edən əsas oldu. İndi reallıq kökündən dəyişir. Cənubi Qafqazda iqtisadi və hərbi gücü Rusiya ilə müqayisə edilə bilən yeni güclü bir oyunçu meydana çıxdı. Bu tamamilə yeni bir vəziyyətdir: Türkiyə SSRİ-nin keçmiş bölgəsinə hərbi mütəxəssisləri və hərbi texnologiyaları ilə, iqtisadi və geosiyasi layihələri ilə gəlir. Şuşa Bəyannaməsi yeni vəziyyəti möhkəmləndirən, Azərbaycan və Türkiyə arasında yüksək səviyyədə əməkdaşlığı rəsmi olaraq vurğulayan bir sənəddir. Şuşa Bəyannaməsi və Qars müqaviləsinin hər birinin müəyyən bir siyasi gerçəkliyi var və bir-birinə çox bənzəyir. Ancaq reallıq çox fərqlidir”.  

Azərbaycan və Türkiyə Ermənistanın da gələcək taleyini müəyyən edəcək...

Azərbaycanın yaratdığı yeni reallıqdan əslində faydalana biləcək tərəflərdən biri də Ermənistandır. Bu gün Ermənistan Azərbaycanla, eləcə də Türkiyə ilə normal münasibətlər yaratmaq imkanı qazanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı bu xüsusda maraqlı fikirlər səsləndirib: “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq”.

Ərdoğan bildirib ki, Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz: “Bu zəfəri hər kəsin ortaq zəfəri halına gətirmək bizlərin əlindədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “dünya 5-dən böyükdür” deyərək qlobal miqyasda da aparırıq”. Əslində, Ermənistanda sosial şəbəkələrdə yayılan fikirlər də erməni ictimai rəyinin getdikcə daha çox Azərbaycan faktoru ilə hesablaşıldığını göstərir. Məsələn, belə şərhlərdən birində deyilir: “Gəlin məsələyə obyektiv baxaq. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətini yaxşılaşdıracaq. Ən azından, iqtisadi inkişaf baxımından irəliləyiş olacaq. Rusiya bu gün heç kimə kömək etmək iqtidarında deyil. Rusiya regional gücdən regional tüfeyliyə çevrilib. Fransa isə, əzizlərim, buradan çox uzaqdır. Onların işi zaman-zaman mırıldamaqdır. Əslində Ermənistan tək qalıb. Bu reallığa uyğun olaraq, bu ölkənin siyasi elitasının iki yolu var: a) Robert Köçəryanı hakimiyyətə gətirib onunla birlikdə intihar etmək; b) Azərbaycanın şərtlərini qəbul edib, iqtisadi üstünlüklər əldə etmək. Beləliklə, erməni xalqı, erməni mənşəli Azərbaycan vətəndaşları, seçim sizindir: ya insan kimi yaşamaq, ya da acınacaqlı həyat sürmək”. Belə mövqedə olan ermənilərin sayı isə getdikcə artır. Türkiyəli ekspert Nurəddin Parıltı bunu təsadüf saymır. O bildirir ki, Ermənistan indiki mərhələdə iki tarixi seçim qarşısında qalıb: “Əlbəttə, burda Ermənistan ağıllı hərəkət etməlidir. Onun qarşısında iki yol var. Bunlardan birincisi odur ki, Ermənistan özünün işğalçı iddialarından və sərsəmləmələrindən birdəfəlik imtina edib qarşılıqlı hörmət prinsipi çərçivəsində qonşuluq siyasətinə keçməli, inkişaf yolunu seçməlidir. İkincisi isə ,sərsəmləmələrə davam etməklə hər şeydən təcrid olunmaqdır. Bu, intihara bərabər bir seçimdir”.

Elə Ermənistanın “Joxovurd” nəşri də yazır ki, bu gün Azərbaycan və Türkiyə Ermənistanın da gələcək taleyini müəyyən edən ölkəyə çevrilib: “Ermənistanın daxili siyasi həyatında seçkiqabağı ehtiraslar alovlanarkən regionda yeni inkişaflar baş verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevlə Şuşaya səfər edib. Bu səfərə Ermənistanın rəhbərə sahib olmayan Xarici İşlər Nazirliyi tərəfindən reaksiya verilib. Əlbəttə, bu vəziyyətdə rəsmiyə sahib olmamaq təəccüblüdür, lakin geosiyasi inkişaflar Ermənistandakı seçkilərin sonunu gözləmir.
Ermənistanda insanlar bir-birinə çamur atarkən dünyada yeni inkişaflar baş verir, Ermənistan isə bunlardan kənarda qalır”.

İrəvan razılaşmasa, daha çox bəlalar görəcək...

Hazırda Ermənistanda bazar günü baş tutacaq növbədənkənar parlament seçkiləri ilə bağlı olaraq, siyasi qüvvələr regionda Azərbaycanın malik olduğu birmənalı üstünlüyü açıq etiraf etməyə çəkinir. Lakin hesab edilir ki, seçkidən sonra ölkənin ilk prezidenti Levon Ter-Petrosyan kimi Azərbaycanla bağlı maraqlı etiraflarla çıxış edən siyasi qüvvələrin sayında dinamik artım olacaq.

Yeri gəlmişkən qeyd edək ki, Levon Ter-Petrosyan növbəti dəfə Azərbaycan və Qarabağ məsələsinə dair maraqlı fikirlər səsləndirib: "Bizim necə istəməyimizdən asılı olmayaraq, dünya birliyi bizi məcbur edəcək ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə razılaşaq” . Sabiq prezident bildirib ki, İrəvan razılaşmasa, daha çox bəlalar görəcək: “Əgər razılaşmasaq, özümüzə daha çox bəlalar gətirəcəyik. Hər şey məcbur edilir. BMT-nin nizamı belədir. Bu gün biz İlham Əliyevin sülh müqaviləsinin imzalanması təklifini qəbul etməyə bilərik. Çünki sülhməramlılar ayaq üstədilər. Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Ancaq Azərbaycan və Türkiyə ilə danışıqların gedişi hansısa bir sazişə gətirib çıxarmalıdır. İki qonşu ilə daim düşmənçilik etmək olmaz. Bununla da biz varlığımızın özünü təhlükəyə atırıq”. Beləliklə, yeni şərtlər bir daha göstərir ki, bu gün Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyənin şərtlərini qəbul etməkdir. Əks halda bu ölkə məhvə məhkumdur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ