Cümə günü, 02 oktyabr 2026
     

Qaragöl Azərbaycanındır - milli dövlətçilik tariximizdə birmənalı həqiqət...

Image


Azərbaycan dövlətinin sərhəd-mühafizə sisteminin gücləndirilməsi tədbirlərinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həyata keçirildiyi məlumdur. Bunu Azərbaycan XİN də bəyan edərək bildirib ki,  Ermənistan və Azərbaycan arasında sərhəd xəttinin müəyyən edilməsi tərəflərdə olan xəritələr əsasında aparılır. Söhbət Qaragöldən gedir. O Qaragöldən ki, birmənalı olaraq, Azərbaycana məxsusdur, təbii, tarixi sərvətimizdir, coğrafi sərhədlərimizə aiddir.

Laçın rayonu ərazisində yerləşən məşhur Qaragölün tarixi haqqında kifayət qədər bilgi var və eləcə də ermənilərin ona sahiblənmək iddiası barədə də məlumat çoxdur.

İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhədində yerləşir və xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir, Alp landşaft kompleksinə malikdir.

Onu da vurğulayaq ki, Laçın rayonunda yerləşən göllərın içərisində ən çox antropogen təsirə məruz qalanı Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasında yerləşən İşıqlı Qaragöldür. Uzunluğu 1950 metr, maksimal eni 1250 metr, maksimal dərinliyi 7- 8 metr, suyunun həcmi isə 10 milyon kubmetr olan İşıqlı Qaragölün şəffaflığı 4,6 metrdir. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması (iri nasos stansiyaları quraşdırılıb) gölün suyunun tükənməsinə və çirklənməsinə səbəb olub.

  • Qaragöl  Ermənistan tərəfindən hansı şəkildə işğal olunub?

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra öz təbii sərvətlərinə, çaylarına, göllərinə, tarixi abidələrinə yenidən qovuşub.

Heç şübhəsiz ki, Laçın rayonu da Azərbaycanın ən zəngin təbii sərvətlərə malik olan rayonlarından biridir. Bu gün Ermənistanın ətrafında hay-küy salıb ajiotaj yaratdığı Qaragöl heç zaman ermənilərə məxsus olmayıb, sadəcə, Ermənistan onu zəbt edərək özününküləşdirməyə çalışıb.

Rəsmi dövlət xəritələrində İşıqlı Qaragöl adlanan Qaragöl sönmuş vulkan kraterini xatırladan relikt (çəkilmiş dənizdən sonra qalan, yaxud yer qabığındakı tektonik hərəkətlər nəticəsində yaranmış, kənardan qidalanması olmayan) su mənbəyidir. Sözügedən göl Azərbaycan torpaqlarında 7 relikt göldən biridir. Laçındakı İşıqlı Qaragöl xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir.

Ermənistan hələ Sovet dövründən Qaragölə sahiblənmək üçün dəridən-qabıqdan çıxıb.

Tədqiqatçı Sultan Laçın yazır ki, Qaragölün işğalı Sovet dövründən başlanıb. “İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Rusiya imperiyasının 1903-cü ildə tərtib edilmiş xəritəsində bu göl məhz türk mənşəli Qaragöl adı ilə qeyd edilmişdir. Lakin mənfur qonşularımız olan ermənilər min bir hiylə və təzyiqlərlə onu ələ keçirmişlər. Bu günədək gölün Ermənistanın nəzarətinə verilməsi barədə müxtəlif “əfsanələr” dolaşır. Təəssüf ki, bu barədə sənədlər, demək olar ki, yoxdur. 1970-1980-ci illərdə Laçında bu prosesə qarşı inadlı mübarizə aparan ziyalılar da olub…” - deyə yazar qeyd edir.

Ermənilərin hələ keçən əsrin 80-ci illərindən Qaragölə qarşı iddialar irəli sürdüklərini və bunun üçün Moskvaya müraciətlər etdiklərini yazan KİV-də gedən məlumatlara görə, 1983-cü ildə Ermənistan SSR-in təkidli xahişi ilə SSRİ Nazirlər Soveti iki respublika arasında olan mübahisəli ərazilər barədə müzakirə aparmış, bəzi yerlərin Ermənistandan Azərbaycana, digər yerlərin isə bizdən onlara verilməsi haqqında qərar qəbul etmişdi. Mətbuatda gedən məlumatlara görə, 1983-cü ildə Qaragölün ⅔ hissəsi Ermənistana verilib.  

  • Ermənistanın məkrli siyasəti və Moskva havadarlığı...

Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılov Qaragölün keçmişi barədə qeyd edib ki, 1970-1974-cü illərdə ermənilər Laçının Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq və digər kəndlərinin pay torpaqlarını, eləcə də Qaragöl yaylağının böyük bir hissəsini indiki Ermənistan ərazisinə qatmağa nail oldular. “Moskvanın bu qərarı əleyhinə çıxan Qarıqışlaq kəndinin bölgədə tanınmış ziyalıları Çingiz Mehrəliyev və İbiş Əsgərovun mərkəzi hökumətlə illərlə sürən yazışmalarına, mübarizələrinə və kəskin etirazlarına baxmayaraq, ermənilərə bağışlanmış gölü qaytarmaq mümkün olmadı. Tədqiqatçılar üçün problem ondadır ki, Sovet dövründə ermənilərə verilmiş digər bölgələrdəki ərazilər kimi, Qaragölün də Ermənistana verilməsi barədə arxivlərdə heç bir rəsmi sənəd yoxdur. O zaman Partiya Komitəsində qərar qəbul edilirdi və sərhədlər dəyişdirilirdi. Heç bir rəsmi açıqlama olmurdu” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, 1964-cü ildə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa, onların fəaliyyətlərini məhdudlaşdırırdı.

Faiq İsmayılovun verdiyi məlumata görə, 1992-1993-cü illərin işğalından sonra ermənilər qoruq ərazisində heyvandarlıq fermaları inşa etmiş, göldə balıq təsərrüfatı yaratmışlar. Bu isə gölün çirklənməsinə və suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub.

  • Tarixi Qaragöl döyüşü...

Faiq İsmayılov mətbuata bildirib ki, 1918-ci ildə el qəhrəmanı Sultan bəy Azərbaycan Xalq Cümhuriyyətinin məşhur Zəngəzur Hərbi Ekspedisiyasına daxil olan Cavad bəy Şıxlinskinin (Əliağa Şıxlinskinin qardaşı oğlu) başçılıq etdiyi ordu hissələri ilə birlikdə Qaragöl və Qarıqışlaq kəndi ətrafında Laçından Qarabağa dəhliz açmaq istəyən erməni quldur dəstələrinə qarşı amansız müdafiə və hücum döyüşləri aparmışlar. Həmin döyüşlər zamanı 600-dək erməni yaraqlısı məhv edilib. Bu vuruşma tarixdə Qaragöl döyüşü adı altında qalıb...

  • Qaragöl Dövlət Təbiət Qoruğu

Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində yaradılıb. Qoruq Qarabağ vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552 m.) yamacında, 2650-2700 m. hündürlükdə yerləşir. Burada geoloji cəhətdən vulkanik dağların pliosen lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğanlı və qayalıdır, şimal-qərb tərəflərində bir neçə gətirmə konusu var, digər hissələrində relyef düzənlikdir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu -3 dərəcədən aşağı, ən isti ayın orta temperaturu isə 10-dan yuxarıdır. İllik yağıntının miqdarı 700 mm-dir.

Bitki örtüyünə gəlincə, qeyd edilənə görə, qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılıb. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olub. Bununla bərabər, gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.

İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Qaragöl qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 hektardır. Bura 176 ha İşıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir. Qoruqda 102 bitki növü və yarımnövü var ki, bunlar 68 növ və 27 ailədən ibarətdir. Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı.

Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərib.

  • Ermənistanın təxribatları davam edir

Bu gün həm Qaragöl Təbiət Qoruğuna, həm də Qaragölə qarşı Ermənistanın təxribatı davam edir. Həm Qaragöl, həm də Qaragöl Təbiət Qoruğu Azərbaycanın tarixi sərvətidir və ona qarşı Ermənistanın hər hansı bir iddia irəli sürməsi əsassızdır. Ermənilər Moskvadakı havadarlarının köməkliyi ilə torpaqlarımızı ələ keçirməyə nail olublar. Ermənistan bəzi ərazilərimizi isə işğal dövründə öz ərazilərinə qatıb və qanunsuz olaraq xəritəsinə daxil edib. Bu gün isə sərhədlərin müəyyənləşdirilməsi prosesi gedir və Ermənistan tərəfindən qanunsuz olaraq mənimsənilən ərazilərimiz Azərbaycan sərhədləri daxilinə qaytarılır, Qaragöl də həmçinin.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ