şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanın Hərbi Qənimətlər Parkı yaratması Fransanı nədən narahat edir, bəs özündəki məşhur muzey...

Image


Bakıda Hərbi Qənimətlər Parkının açılışı, əvvəldən də gözlənildiyi kimi, Ermənisyanda böyük narazılıqla qarşılanıb. Ermənistana havadarlıq edən bəzi ölkələr, məsələn, Fransa da Ermənistandakı səfiri Conatan Lokat vasitəsilə məsələyə mənfi reaksiyasını nümayiş etdirib.

Xatırladaq ki, bu muzeydə Vətən müharibəsi zamanı düşməndən hərbi qənimət kimi götürülən hərbi texnika ilə yanaşı, əsgərlərin dəbilqələri, erməni hərbçilərin təsvir olunduğu maketləri sərgilənir. Parkın açılışı, qeyd olunduğu kimi, məğlub tərəfin narazılıq obyektinə çevrilib. Amma bu məsələdə, nədənsə, dünya təcrübəsinə diqqət yetrilmir. Halbuki, dünyada analoji muzeylərin sayı kifayət qədərdir. Məsələn, Vyetnamda Fransa müstəmləkəçiliyi fonunda yaradılan muzey buna ən yaxşı nümunələrdən biridir. Məlumdur ki, Vyetnam xalqı müxtəlif dövrlərdə işğalçılardan az çəkməyib. Bu fonda Vyetnamın 1880-ci illərin sonundan etibarən təxminən 60 il Fransa müstəmləkəsi olduğu dövrdə yaradılan “Hoa Lo” həbsxanası müstəmləkəçiliyə qarşı çıxanların saxlanılması üçün nəzərdə tutulmuşdu. İlkin vaxtlar həbsxanada ən çox 450 nəfər saxlamaq mümkün idi, lakin onun ərazisi genişləndirildikdən sonra bu rəqəm 600-ə çatıb. Ötən əsrin 90-cı illərində həbsxananın bir hissəsində muzey yaradılıb. Vaxtilə vyetnamlı vətənpərvərlərin, qadınların, uşaqların və qocaların saxlandığı təcrid otaqları, saxlanılan şəxslərin maketləri onların əzablarını göz önündə canladırmağa imkan verir. Ən dəhşətli eksponat isə Vyetnamın vətənpərvər oğullarının başını kəsmək üçün istifadə olunan gilyotindir.

Vyetnam müharibəsi dövründə isə bu həbsxanada əsir götürülmüş təxminən 2 min ABŞ hərbçisi saxlanılıb. Amerikalılar yarızarafatla onu “Hanoy Hilton” adlandırırdılar. Muzeyin ABŞ hərbi əsirlərinin saxlanılması dövrünü əks etdirən hissəsində əsirlərin maketləri, onların şəxsi əşyaları, footşəkilləri, sorğu otaqları, ABŞ ordusu tərəfindən dağıdılmış evlərin şəkilləri var. Bu həbsxanada amerikalı pilot, sonralar senator və ABŞ prezidentliyinə namizəd olmuş Con Makkeyn də saxlanılıb. Paytaxt Hanoyda 1956-cı ildən fəaliyyət göstərən Vyetnam Hərb Tarixi Muzeyi 12 min 800 kvadratmetr sahəni əhatə edir. Bu muzeyin ərazisində Vyetnam xalqının ta qədimdən bəri hərb tarixinə aid eksponatlarla yanaşı, Fransa müstəmləkəçiliyinə və ABŞ-a qarşı müharibəyə aid eksponatlar, o cümlədən qarşı tərəfdən qənimət kimi götürülmüş hərbi texnika və silah da nümayiş olunur.

Əlcəzair tarixçisi Ali Farid Belkadi isə hələ 2010-2011-ci illərdə Fransada analoji muzey və Avropanın aparıcı zəfər muzeylərilə bağlı araşdırma aparıb və 68 əlcəzairli kəlləsini sözügedən muzeylərdə aşkar edib. Ümumilikdə, Fransadakı “l'Homme on Place du Trocadéro” muzeyində 18 000 kəllə var və bu kəllələrin əksəriyyəti ictimaiyyətə açıq deyil. Məsələ ictimailəşəndən sonra prezident Emmanuel Makron 24 kəllənin 3 mart 2020-ci il tarixdə Əlcəzairə qaytarılmasına razılıq verib və qaytarılıb. 150 ildən artıq muzeydə nümayiş etdirilən 24 kəllə arasında Fransız işğalına qarşı xalq müqavimətinin altı liderinin qalıqları da olub. Əlcəzair xalqının mühüm müstəmləkəçiliyə qarşı vuruşan simalarından 12 nəfərin kəlləsi hazırda sözügedən muzeydə saxlanılır. İddialara görə, sözügedən 18 000 kəllənin mütləq əksəriyyəti Fransanın tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət kimi saxladığı kəllələrdir.

Müharibələrə həsr olunan muzeylərdən biri də Koreya Respublikasının paytaxtı Seuldakı Müharibə Memorial Kompleksidir. Muzey kompleksində Koreya xalqının hərb tarixinə, Cənubi Koreyanın müdafiə sənayesi kompleksinə aid eksponatlarla yanaşı, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsinə aid elementlər də var. Onlar arasında ən çox maraq doğuran eksponatlar isə Koreya Xalq Demokratik Respublikası silahlı qüvvələrinin müharibə vaxtı istifadə etdiyi hərbi və zirehli texnikaların, tankların, raket və artilleriya qurğularının, hərbi təyyarə, gəmi və qayıqların, silah və sursatların, hətta yüksək dövlət rəsmilərinin xidməti avtomobillərinin orijinalı və oxşarlarıdır. Bundan başqa, muzeydə müharibəni əks etdirən fotoşəkillər, döyüş səhnələrinin, səngərlərin, kazarmaların, hər 2 tərəfdən döyüşmüş hərbçilərin maketləri, həlak olan və itkin düşən əsgərlərin şəxsi əşyaları, geyimləri, sənədlər də nümayiş olunur. Kompleks Seul sakinlərinin və turistlərin sevimli məkanlarından biri, dünyada da tanınan hərb muzeyi hesab olunur. Bu muzey ziyarətçilərə Koreya müharibəsinin gedişatını göz önündə canlandırmağa geniş imkan yaradır.

İkinci Dünya müharibəsindən çox böyük ziyan görən Polşa da müxtəlif hərbi eksponatların nümayiş olunduğu öz müharibə muzeyini yaradıb. Əyilmiş pulemyotlar, tank əleyhinə tüfənglər, “Mauzer” və “Mosin” tüfəngləri, alov saçan silahlar, dəbilqə və hərbi geyimlərdən ibarət təsirli kolleksiya – bunlar Vrotslav Hərb Muzeyinin maraqlı və orijinal kolleksiyalarının diqqətçəkən məqamlarından yalnız bəziləridir. Muzeydə 500-dən çox dəbilqədən ibarət kolleksiya var. Qalaydan hazırlanan baş geyimlərindən artıq XVIII əsrdə əsgərləri döyüş meydanında güllələrdən, qəlpələrdən və soyuq silahlardan qorumaq üçün istifadə olunurdu. Kolleksiyanın böyük hissəsi Yatsek Kiyakın vəsiyyət etdiyi Polşa ordusunun dəbilqələrindən ibarətdir. Dəbilqələr yalnız Polşadakı müxtəlif hərbi hissələrdən gəlmir, həmçinin üzərində Polşa işarələri ilə yenidən hazırlanmış yerlərdən gəlir. Bu cür əşyalardan biri də üzərində Vrotslav gerbi olan alman dəbilqəsidir. Tarixi şəhərcik olan Braqansadakı qəsrdə isə Portuqaliyadakı çoxsaylı hərbi muzeylərin ən yaxşısından biri yerləşir. Muzeyin eksponatları təxminən XII əsrdən Birinci Dünya müharibəsi və Portuqaliyanın 1960-70-ci illərdə Afrikada koloniyaları olmuş Anqola və Mozambikdəki nizamsız müharibələrinə qədər olan dövrə aiddir. Son münaqişə muzeyində Braqansa və Tras os Montes regionlarından olan hərbçilərin xatirə qəniməti kimi özləri ilə gətirdikləri Afrika baltaları, dəyənəklər, maskalar, nizə və digər əşyalar eksponatlar şəklində təqdim olunur.

Bütün bu qeyd edilənlər dünya hərb muzeylərinin yalnız az bir hissəsidir. Bu fonda ölkəmizdə Hərbi Qənimətlər Parkının açılışına kiminsə irad tutması gülünc və yersiz görünür.

Samirə SƏFƏROVA

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ