Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycanda azsaylı xalqların inkişaf və özünütəsdiq imkanları - ictimai mühit və qanun bazası…

Image


Azərbaycan dini və irqi ayrıseçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillərə qarşı özünün başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini üstün tutaraq, tarixən fərqli etnik qrupların, müxtəlif dinə, dilə və irqə mənsub insanların birgə yaşadığı mədəni müxtəlifliyə sahib olan ölkədir.

Ölkəmizdə yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, qarşılıqlı surətdə inkişaf etmiş və bu xalqlar bir-birinə daha da yaxınlaşmaqla yanaşı, öz dillərini, adət-ənənələrini, həmçinin etnoqrafik xüsusiyyətlərini qoruyub saxlaya bilmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahıska türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri var. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır. Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, hind-avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti məhz bu dildə danışır.

  • Azərbaycanda 100-dən artıq etnosun nümayəndəsi yaşayır

Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndəsi yaşayır. Ölkənin əsas əhalisini (90%-dən çoxunu) azərbaycanlılar təşkil edir. Onların sayı 9 milyon 700 min nəfərdən (2016-cı ilin məlumatı) artıqdır. Təxmini hesablamalara görə, bu gün dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar, öz dinc axarı ilə gedib, etnik münaqişələr və gərginlik üçün zəmin olmayıb.

Burada xalqların ənənəvi məişət və mədəniyyətlərindəki ümumi və spesifik cəhətlər sıx vəhdətdə olub bir-birini tamamlayır. Bununla yanaşı, hər bir xalq sayından asılı olmayaraq spesifik, lokal mədəniyyətə malikdir. Respublikada fəaliyyət göstərən mədəniyyət mərkəzləri bu xalqların milli adət-ənənələrinin dirçəlişi, qorunub saxlanması sahəsində böyük rol oynayır. Bu xalqlar respublikanın siyasi-ictimai həyatında fəal iştirak edir.

  • Talışlar, kürdlər, tatlar...

Son illərdə keçirilən siyahıyaalmanın nəticələrinə əsasən, talışlar respublika ərazisində 115 min nəfər təşkil edib. Onlar yığcam halda respublikanın cənub bölgəsində - Astara, Lənkəran, Masallı və Lerik rayonlarında yaşayırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Onların etnogenezində Atropatenada yaşamış kadusi tayfaları mühüm rol oynayıb. Bu barədə Strabonun “Coğrafıya”sında da bəhs olunur. Ənənəvi məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Keçmişdə əsas təsərrüfat sahələrindən biri də çəltikçilik olub.

Tatların sayı 30 minə yaxındır.  Əsasən, Dəvəçi, Quba, İsmayıllı və Şamaxı rayonlarında məskunlaşıblar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. A. Bakıxanovun və başqa tədqiqatçıların fikrinə görə, tatların əcdadları Azərbaycana IV-VI əsrlərdə Sasani şahları tərəfindən köçürülüb. Tatların ənənəvi məşğuliyyəti əkinçilik və bağçılıqdır. Xalçaçılıq sənəti də geniş yayılıb. Ailə-məişət münasibətləri təxminən azərbaycanlılarda olduğu kimidir. Kürdlər  erməni işğalınadək, əsasən, Laçın və Kəlbəcər rayonlarında yaşayıblar. Hazırda onlar Azərbaycanın bir çox rayon və şəhərlərində məskunlaşıblar. Kürdlər Azərbaycana, əsasən XVI əsrdə Osmanlı-İran müharibələri dövründə gəliblər. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində də kürdlərin Azərbaycana miqrasiyası artıb. Ənənəvi məşğuliyyətləri maldarlıq (xüsusilə qoyunçuluq) olub. XIX əsrin sonlarından oturaq həyat tərzinə keçməklə əlaqədar olaraq kürdlərdə əkinçilik də inkişaf edir. Toxuculuq, xüsusilə xalçaçılıq, habelə başqa sənət sahələri də geniş yayılıb.

  • Yəhudilər,  ləzgilər, saxurlar...

Azərbaycanda yaşayan dağ yəhudiləri Quba rayonundakı Qırmızı Qəsəbədə, Oğuz rayon mərkəzində və Bakıda məskunlaşıblar. Qırmızı Qəsəbə onların yığcam halda yaşadığı ən böyük yaşayış məntəqəsidir. Azərbaycanda aparılmış əhali siyahıyaalınmasında onlar Avropa yəhudilərinin (aşkenazi) tərkibində verilib. Vaxtilə öz tarixi vətənlərini tərk edib İrana gələn dağ yəhudiləri burada tat dilini mənimsəyib, iudaizm dininin əsas mahiyyətini isə saxlayıblar. Şimali Azərbaycana Sasanilər dövründə köçürülüblər. XIX əsrin əvvəllərindən Azərbaycanda məskunlaşmış Avropa yəhudilərindən fərqli olaraq, dağ yəhudilərinin dini baxışlarına bütpərəstliyin, sonralar isə islamın təsiri olub. Onlar azərbaycanlıların bir çox adət-ənənələrini mənimsəyiblər. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olub. Avropa yəhudilərinin Azərbaycana miqrasiyası Rusiya, Ukrayna, Belarus və Polşadan XIX əsrin əvvəllərindən başlayıb. XIX əsrin 70-ci illərindən neft sənayesinin inkişafı ilə əlaqədar onların Bakıya miqrasiyası artır. Avropa yəhudilərinin əksəriyyəti şəhərlərdə (xüsusilə Bakıda) məskunlaşıb.

Ləzgilərin  əksəriyyəti respublikanın Qusar rayonunda yaşayır. Quba, Xaçmaz, İsmayıllı və Qəbələ rayonlarında da ləzgi kəndləri var. Mütəxəssislərin fikrincə, ləzgilərin əcdadlarından biri qədim alban tayfası olmuş leqlərdir. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri əkinçilik, maldarlıq və sənətkarlıqdır (toxuculuq, xüsusilə xalçaçılıq, qalayçılıq, keçəçilik və s.).

Saxurlar  respublikanın Zaqatala, Qax və Balakən rayonlarında məskunlaşıblar. Saxurlar Qafqaz Albaniyasının qədim sakinlərindən biridir. XV əsrdə saxurlar Cənubi Dağıstanı tərk edərək Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında məskunlaşıblar. XIX əsrin ortalarınadək İlisu sultanlığının tərkibində olublar. Həmin dövrdən başlayaraq onların azərbaycanlılarla etnik-mədəni və ticarət əlaqələri güclənib. Saxurlar etnik baxımdan azərbaycanlılara çox yaxındırlar. Ənənəvi məşğuliyyətləri maldarlıq və əkinçilikdir.

  • Avarlar, udilər...

Avarlar respublikanın Balakən və Zaqatala rayonlarında yaşayırlar. Bir sıra müəlliflərin fikrinə görə, Plininin yazdığı didoylar müasir avarların əcdadlarıdır. Azərbaycana XV-XVII əsrlərdə Dağıstandan gəliblər. Avar dilinin ansux şivəsində danışırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri maldarlıq, əkinçilik və sənətkarlıqdır.

Udilər Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunun eyniadlı mərkəzində yaşayırlar. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Azərbaycanın qədim yerli xalqlarından biridir. Udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilib. Qafqaz Albaniyasında yaşamış utilərin varisləridirlər.

Əsrlər boyu aparılan siyasət nəticəsində udilərin bir hissəsi (Nic kəndi) ermənilər tərəfindən qriqorianlaşdırılıb, digər hissəsi isə (Oğuz) gürcü pravoslav kilsəsinin təsirinə məruz qalaraq gürcüləşdirilib. Ənənəvi məşğuliyyətləri əkinçilikdir. Keçmişdə ipəkçilik, sənətkarlıq (ağacişləmə, toxuculuq və s.) geniş yayılıb.

  • Xınalıqlılar, qrızlar və buduqlar…

Tarixi-etnoqrafık ədəbiyyatda “Şahdağ qrupu xalqları” adı altında məlum olan xınalıqlılar, qrızlar və buduqlar Quba rayonunda Şahdağın ətəklərində yerləşən kəndlərdə məskunlaşıblar. Xınalıqlılar yalnız Xınalıq kəndində yaşayırlar. Buduqlar əsas etibarilə Buduq, qrızlar isə Qrız kəndində yaşayırlar.

Qrızlar və buduqlar bir neçə ətraf kəndlərdə də məskunlaşıb. Təxmini hesablamalara görə, xınalıqlıların sayı 2,2 min, buduqların sayı 15 min, qrızların sayı isə 4,4 min nəfərdir. Hələ XIX əsrin 40-cı illərində buduqların və qrızların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salıblar. Bu xalqların əsas məşğuliyyəti qoyunçuluqdur.

  • Ahıska türkləri,  ingiloylar…

Ahıska türklərinin Azərbaycana ilk böyük qrupu 1958-ci ildə gəlib. Bunlar 1944-cü ildə tarixi vətənləri olan Ahıska, Adıgün, Axılkələk (Gürcüstan) və b. qonşu rayonlardan Orta Asiya və Qazaxıstana sürgün edilmiş Ahıska türkləri idi. 1989-cu il Fərqanə hadisələrindən sonra Azərbaycana Ahıska türklərinin ikinci miqrasiyası başlandı. Azərbaycanlılarla mənşəcə bir kökdən olmaları, ümumi dil, adət və ənənələrdə yaxınlıq onların Azərbaycanda adaptasiyasına əlverişli zəmin yaradıb. Ənənəvi məşğuliyyətləri bağçılıq və əkinçilikdir. Saatlı, Sabirabad və Beyləqan rayonlarında onlar əsas etibarilə pambıqçılıqla məşğul olurlar.

İngiloylar dini mənsubiyyətlərinə görə xristian (gürcü pravoslav kilsəsi) və müsəlman ingiloylara ayrılırlar. Müsəlmanlar Zaqatala rayonunun Əliabad, Mosul və Balakən rayonunun İtitala kəndlərində, xristian ingiloylar isə Qax rayonunun 9 kəndində yaşayırlar. Qədimdə onların yaşadıqları ərazi Kambisena (Ereti) adlanırdı və əsas əhalisi ingiloyların əcdadları hesab olunan er və qel tayfalarından ibarət idi. Burada Alban kilsəsi fəaliyyət göstərirdi. İngiloyların bir hissəsi sonradan zorla gürcüləşdirilmiş alban tayfalarının qalıqlarıdır. İngiloyların ənənəvi məşğuliyyətləri əkinçilik, bağçılıq və qismən də maldarlıqdır. Keçmişdə baramaçılıq və çəltikçilik geniş yayılmışdı.

  • Ruslar, ermənilər, ukrayınlar…

Rusların Azərbaycana gəlməsi, əsasən, XIX əsrin 30-40-cı illərinə - Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Azərbaycanda müstəmləkəçilik siyasətini müvəffəqiyyətlə həyata keçirmək üçün Rusiyanın mərkəzi quberniyalarından Qafqaza, o cümlədən Azərbaycana minlərlə rus köçürüldü. Onlar əsas etibarilə rəsmi rus pravoslav kilsəsi tərəfindən təqib edilən təriqətçilərdən (duxoborlar, molokanlar, subbotniklər və b.) ibarət idi. İlk rus kəndləri XIX əsrin 30-40-cı illərində Lənkəran (Prişib, Nikolayevka, Astraxanovka), Şamaxı (Xilmilli, Mərəzə) və Quba (Altıağac və s.) qəzalarında salındı. Rusların Azərbaycana və xüsusilə Muğana gəlməsinin ikinci mərhələsi XX əsrin 20-ci illərinə təsadüf edir. Hazırda rusların əksəriyyəti şəhərlərdə yaşayır.

Ermənilər, əsasən, Qarabağın dağlıq hissəsində yaşayırlar. Onların bu bölgəyə İran və Türkiyə ərazilərindən kütləvi surətdə köçürülməsinə XIX əsrin 20-30-cu illərindən başlanıb. Erməni dili hind-Avropa dilləri ailəsinə aiddir. Dini mənsubiyyətlərinə görə əsasən xristian-monofizitdirlər.

Son illərdə keçirilən siyahiyaalmanın nəticələrinə görə, Azərbaycanda 25,2 min nəfər tatar, 21,5 min nəfər ukrainin yaşadığı məlumdur.

Bu sadalananlardan əlavə, ölkə ərazisində 10 min nəfərdən artıq digər millətlərin nümayəndələri də yaşayır. Azərbaycanda mövcud olan bütün millətlərin nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ