çərşənbə günü, 07 oktyabr 2026
     

İrana İsraildən sərt savaş xəbərdarlığı edildi

Image


ABŞ-da yeni hakimiyyətin İranla münasibətləri normallaşdırmaq və bu ölkə ilə yenidən nüvə müqaviləsinə qayətmaq niyyəti İsraildə ciddi narahatlıq yaradıb. Bundan başqa, İranın uran zənginləşdirilməsi ilə bağlı açıqlamaları da İsrailin narahatlığını xeyli artırıb. İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvənd belə bir vaxtda bildirib ki, ölkəsinin uranı 40-60 faizədək zənginləşdirməyə imkanı var.

Onun sözlərinə görə, İran son 6 ildə ilk dəfə uranı 20 faizədək zənginləşdirib: “Hazırda bizim 3,5-4 faiz zənginləşdirilmiş 4 ton maddəmiz var. Proqnozumuza əsasən, biz ayda 500 ton uran zənginləşdirə bilərik”. O əlavə edib ki, nüvə razılaşmasındakı həddi əldə etmək üçün İrana bir il lazımdır. İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi isə deyib ki, İran hər il 9 kiloqram 20 faiz zənginləşdirilmiş uran istehsal edəcək. Xatırladaq ki, artıq ötən il dekabrın 4-də İran 20 faiz zənginləşdirilmiş uran istehsal edib. Məşhur “Breaking Defense” dərgisi isə yazır ki, baş verənlər israil və İran arasında savaşı tezləşdirə bilər: ”İsrail açıq şəkildə bildirib ki, ABŞ şiə rejiminə qarşı tətbiq olunan sanksiyaları yumşaltsa və yəhudi dövlətinin “müasir tarixin ən böyük aldatması” adlandırdığı nüvə sazişinə qayıtmağa razı olarsa, İrana hücum edəcək. Bir mənbə deyib: “İsrail mümkün qədər tez Vaşinqtonun bomba yarışını dayandıracağını və ya bunun üçün hansısa bir addım atmağı planlaşdırdığını bilməlidir”. İsrail kəşfiyyatı İranın nüvə obyektlərini diqqətlə izləyir. Mənbə bu xüsusda bildirib: “Bəzi adamlar bir saatdan bir yeni sirlərdən agah olur”.İddialara görə, yanvarın 21-də İsrail Suriyadakı bir İran hədəfinə hücum edib və bu cür hücumların davam edəcəyi ehtimal olunur. İsrailli mənbə deyib: “Bu təzyiq İrandakı hədəflərə birbaşa hücum üçün hazırlıq olaraq davam edəcək və böyüyəcək”. Likud Partiyasının nazirləri ABŞ-ın yeni rəhbərliyinin İranı “sakitləşdirməli” olduğunu söyləyib, Tehrana yəhudi dövlətinin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyi və nüvə bombası hazırlamaq planlarını qəbul etməyəcəyi xəbərdarlığı ediblər. Birbaşa xəbərdarlıqlardan biri Netanyahunun yaxın çevrəsindən olan Likud naziri Tzaxi Haneqbidən gəlib. O, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin ABŞ-ı nüvə sazişinə yenidən qaytaracağı bəyanatını xatırladaraq, İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyini söyləyib: “Birləşmiş Ştatlar hökuməti nüvə sazişinə yenidən qoşulsa – və indiyə kimi bu bəyan edilmiş siyasət görünür – praktiki nəticədə İsrail İrana qarşı tək-tənha qalmalı olacaq. Müqavilənin sonunda İran nüvə silahları proqramına davam etmək üçün, ABŞ da daxil olmaqla, dünyadan yaşıl işıq alacaq”. İran və Ərəb dünyası üzrə ən yaxşı İsrail mütəxəssisi Mordexay Kedar “Breaking D”yə verdiyi açıqlamada bildirib ki, Vaşinqtonun İsrailin bütün istəklərinə məhəl qoymayacağına əmindir: “Yeni rəhbərlik İranın əsl hədəflərini həqiqətən anlamadan onun dövlətlər ailəsinə qayıtması üçün hər şeyi edəcək”. Kedar bunun Səudiyyə Ərəbistanı və Körfəz ölkələrində böyük qorxulara səbəb olacağını da sözünə əlavə edib. Onun fikrincə, İsrail İranın nüvə proqramına qarşı açıq və gizli hərəkətlərdə tənha qalacaq.

Kedar İranın motivasiyasını belə izah edib: “O, Liviyada Müəmmər Qəddafinin nüvə proqramını dayandırdıqdan sonra nə baş verdiyini görüb, eyni zamanda, nüvə bombası olan Şimali Koreya ilə dünyanın necə yumşaq davrandığını da. Tehran üçün dərs çox aydındır”. Son aylarda İran sanksiyaların sona çatmasını istədiyini və Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəlikləri pozaraq uranı 20%-lik səviyyəyə qədər zənginləşdirməyə başladığını bildirib. Eyni zamanda, İran hərəkətinin geri çevrilə biləcəyini və Birləşmiş Ştatlar anlaşmaya qayıdaraq sanksiyaları ləğv edərsə, öhdəliklərinin icrasına hazır olduğunu vurğulayıb. Mütəxəssislər Tehrana edilən hər hansı bir güzəştin bu ölkənin bomba yarışını sürətləndirəcəyi məsələsində həmfikirdir. “Şimali Koreya nümunəsinə baxın. Eyni şey İranda da olacaq”, – deyə mənbələr bildirib. İsrailin Strateji Məsələlər Nazirliyinin keçmiş baş direktoru və IDF Hərbi Kəşfiyyatının araşdırma şöbəsinin rəhbəri Yossi Kupervasser bildirib ki, İranın bir neçə hədəfi var. Birincisi, kifayət qədər miqdarda zənginləşdirilmiş uranın nüvə partlayıcı qurğusu istehsalı üçün 90%-dən yüksək bir səviyyəyə çatması naminə müddətin qısaldılması. İran hazırda 4,5%-lik zənginləşdirilmiş materiala malikdir, daha da zənginləşdirilərsə, bu, ikidən çox nüvə partlayıcı qurğusu üçün yetərlidir. Bunu etmək qərarına gəldiyi andan etibarən İranın bir cihaz üçün tələb olunan uran miqdarını əldə etməsi vaxtı (“sıçrayış”) təxminən 2 aydır, lakin 20%-ə qədər zənginləşdirmə yalnız fəaliyyət göstərən 1000 sentrifuqa ilə həyata keçirildiyi təqdirdə (bugünə qədər iranlıların Fordodakı dərin yeraltı obyektdə etdiyi kimi), proses daha uzun çəkəcək.“Qüds İctimaiyyətlə Əlaqələr Mərkəzi”inin dərc etdiyi məqalədə Kupervasser qeyd edib: “İranlılar bu yaxınlarda Nətənzdəki yeraltı obyektdə inkişaf etmiş santrifuqaların kaskadlarını (dəstlərini) quraşdırıb və orada 20% zənginləşdirmə aparılarsa, materialın yığılması üçün lazım olan vaxt qısaldılacaq.

Uranı 20%-lik səviyyəyə qədər zənginləşdirmək bəyanı İranın cəsarət ifadəsidir. Bu, Qasim Süleymaninin öldürülməsinin ildönümündə iranlıların amerikalılara qarşı şiddətli cavabına çevrilməyən Tehranın təhdidlərindən sonra dərhal ABŞ-ın sərt təpki risqi olmayan hərəkətidir. İranın addımı ictimaiyyətin diqqətini rejimin xəbərdarlığından yayındırmağa kömək etmək məqsədi daşıyır və zəifliyini əks etdirir. O, ABŞ-ın xəbərdarlıqlarına məhəl qoyaraq onunla geniş qarşıdurmadan geri çəkilir”. Dördüncü və ən vacib hədəf prezident Baydenə ən yaxşı seçiminin Birgə Hərtərəfli Fəaliyyət Planına mümkün qədər tez qayıtmaq olduğunu bildirməkdir. Bu hərəkətə ilk beynəlxalq təpki ləng olub. Hazırda İranın Cənubi Koreya tankerini qaçırmasına daha çox diqqət yetirilir. İran Seulun dondurulmuş İran fondlarını sərbəst buraxacağına ümid edir. Kupervasser bildirib: “Hələlik İran onillik ərzində ona yalnız bir nüvə bombası deyil, həm də böyük nüvə silahı arsenalı yaradacaq Qərblə dişsiz nüvə sazişindən xoşbəxt olacaq. Həm də hərbi və iqtisadi cəhətdən əziyyət çəkmədən. İranın razılaşma istəyi onun üstünlüklərinə dəlalət edir”. Bəs nə etməli? İrana nüvə silahı istehsalı üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etmək istiqamətində hər hansı bir cəhdin “masadakı bütün variantlarla” sərt şəkildə qarşılanacağına dair açıq və birmənalı siqnallar göndərmək. Eyni zamanda, iqtisadi təzyiqlərlə İranın nüvə silahı yığma ehtimalının qarşısını alacaq yeni bir saziş. Hər yerdə və hər zaman tam nəzarət, Fordodakı zənginləşdirmə müəssisəsinin sökülməsi və ballistik raketlər müqaviləyə daxil edilməlidir”.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ