çərşənbə günü, 21 oktyabr 2026
     

Türkdilli “sak” xalqının “ər” ifadəsi ilə sintezi – “Arsak” sözündə erməniləri saxta da olsa cəlb edən nədir...

Image


Orta ümumtəhsil məktəbləri üçün yazılan VII sinif “Azərbaycan tarixi” dərsliyində Qarabağ ərazisini göstərən xəritədə Qarabağın adının “Arsak” kimi göstərilməsi ölkə ictimaiyyətində ciddi rezonans yaratdı.

Məlumdur ki, Ermənistan tərəfindən işğal edilən ərazilərimizdə separatçı rejim qondarma “Artsax respublikası” yaradıb. Bu baxımdan, “Azərbaycan tarixi” dərsliyində Qarabağın “Arsak” kimi təqdim edilməsi müəyyən suallar doğurdu.

Ermənilər niyə məhz “Artsax” sözünü götürüblər, burada onları cəlb edən nəsə varmı, onlar bütün toponimləri, yer-yurd adlarını, şəhərlərimizin adlarını dəyişdirdikləri halda, nə üçün “Artsax” sözünü dəyişdirməyiblər? “Artsax” sözü erməni dilində hansı mənanı verir?

Azərbaycan tarixçilərinin əsaslandırmalarına görə, qədim dövrlərdə Qarabağın ərazisinə daxil olan vilayətlərdən biri Arsak (Arsaq, Ərsaq (k) ) olub və ermənilər Qarabağ sözünü erməniləşdirə bilmədikləri üçün, “Arsak” sözünü saxtalaşdıraraq onu “Artsax”a çeviriblər.     

  • Qasım Hacıyev: “...Qarabağ sözünü dəyişdirə bilmədikləri üçün “Arsak” sözünə əl atıblar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev qeyd etdi ki, “Arsak” sözü ilə ermənilərin yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur və bu söz də erməni dilində heç bir anlayışı ifadə etmir. Professor Q.Hacıyevin fikrincə, “Arsak” sözü qədim olduğu üçün, onlar bu sözün son hərfini “x” ilə əvəzləyərək, onu öz aləmlərində erməniləşdirməyə cəhd ediblər. “Qarabağ geniş əraziləri əhatə edir. Qardman, Sisakan, Uti, Arsak, Balasakan (Paytakaran), Lpina, Kambisena, Sakasena Albaniyanın  vilayətləri idi. Mənbələrə görə, bunlardan Sakasena, Uti, Arsak (Ərsak), Paytakaran və  Sisakan Qarabağ regionu ərazisinə düşür. Sonradan Qarabağ adlarını qeyd etdiyim bu nahiyələrin əksəriyyətini, eləcə də böyük Uti nahiyəsini, Arsakı, hətta Gəncə bölgəsini və Sakasenanı da əhatə edirdi. Qarabağ daha genişdir. Amma indiki Aran Qarabağ dediyimiz qədim dövrdə Utinin şimalındakı dağlıq ərazi Arsak adlanırdı. Çünki o vilayətlər elə böyük deyildi, təxminən indiki iki rayon boyda idilər... 

Hər şeyə diqqətlə baxmaq lazımdır. Paşinyan bizi çaşdırmamalıdır. Erməni hansı yerin adını çəkirsə, onu erməninki hesab etməliyik? “Qarabağ” sözü tarixdə yalnız VII əsrdən sonra çəkilib. O vaxta qədər bu ərazi “Arsak” adlanıb. Arsak Azərbaycanın ilk orta əsrlərdə vilayətlərindən biri olub. Erməni dilində “Arsak “ sözü yoxdur, bu sözün erməni dili ilə heç bir əlaqəsi yoxdur, “Ərsak” (sak ərlər) isə türk dilində olan sözdür”.

Q.Hacıyev qeyd etdi ki, ermənilər nəinki “Arsak” sözünə uğursuz iddia edir, hətta bir sıra türk mənşəli sözləri də erməniləşdirməyə çalışırlar: “Ermənilər tarixən saxtakarlıqla məşğul olublar. Ermənilər “Arsak” sözünü onları cəlb etdiyi üçün saxtalaşdırmayıblar, sadəcə, Qarabağ sözünü dəyişdirə bilmədikləri üçün “Arsak” sözünə əl atıblar və onlar yalnız sözün hərfini dəyişə biliblər. Onlar heç bu sözün mənasını, tarixini, mənşəyini bilmirlər, sadəcə, son hərfi dəyişməklə onu “erməniləşdirməyə” cəhd ediblər.  Ermənilər bu gün adlarımızdan tutmuş, mətbəximizə, milli mədəniyyətimizə, folklorumuza, aşıq sənətimizə, muğamlarımıza belə əsassız şəkildə iddia edirlər.  Heç şübhə yoxdur, təkcə “Arsak” sözü deyil, türk dilində olan bütün toponimlərin və sairlərin adları ermənilər tərəfindən saxtalaşdırlıb, təhrif edilib. Amma bu o demək deyil ki, ermənilərin təhrif etdikləri formada işlətdikləri sözlər erməni sözüdür. Belə sözlərən biri də haqqında danışdığımız “Arsak” sözüdür”. 

  • Ənvər Çingizoğlu: “...sak tayfalarının yaşadığı ərazi mənasını bildirir”

Qarabağın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə aid saysız tədqiqat əsərinin müəllifi, tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu da “Arsak” sözünün ermənilər tərəfindən saxtalaşdırılaraq “Artsax” edildiyini deyir. Qarabağın etimologiyası, ərazisi və sərhədləri haqqında danışan Ə.Çingizoğlu qeyd etdi ki, Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlib. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənib. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirib, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilib. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri - Lənkəran bölgəsi və s. “Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin, başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da var. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən yaradılmış “Dağlıq Qarabağ problemi”nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: “Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə “Krasnı most”, yəni “Qızıl körpü” adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən, bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb, ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olub. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı çox sonraların “məhsuludur”, separatçılıq niyyətilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli, düzən və ya Aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın - Azərbaycan xalqının vətəni olub, dilində “qara” və “bağ” sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunəsi, musiqi inciləri məhz Qarabağda yaranıb, Qarabağla bağlıdır.

III-IV yüzillərdən etibarən Qarabağın dağlıq hissəsi “Arsaq” adlanırdı. Bir sıra orta çağ tarixçiləri “Arsaq” adı altında ayrıca ölkə və ya xüsusi hökmdarlıq olduğunu qeyd edirlər. “Arsaq” sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçı onun Çində Tanrı dağın ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu qeyd edirlər və həmin tədqiqatçılara görə, “Arsaq” sözü sak tayfalarının yaşadığı ərazi mənasını bildirir. Tədqiqatçı-alimlər, xüsusilə tanınmış türkoloq Mirəli Seyidov “Arsağ”ın türk xalqlarına mənsub olmasını bildirib. Türk xalqlarının fəxri sayılan Arsağın tarixi şəxsiyyət, həm də dövlət başçısı, sərkərdə olması barədə çox az məlumat gəlib dövrümüzə çatıb. Roma tarixçisi Pompey Troq Makedoniyalı İsgəndərin ölümündən sonrakı hadisələri şərh edərkən “Arsaq” barədə də bəzi mülahizələr söyləyib. O, 44 kitabdan ibarət olan “Filippin tarixi” əsərində yazıb: “O zaman naməlum mənşəli, lakin böyük şöhrətə malik Arsaq yaşamışdır”.

Arsaq Makedoniyalı İsgəndərin ölümündən sonra, yəni er. əvvəl 323-cü ildən sonra siyasət aləminə çıxmış və tarixi mənbələrin verdiyi məlumata görə, böyük imperiya yaradıb. Bu gün Arsağın yer, şəxs adı kimi işlənməsi ətrafında müxtəlif mülahizələr irəli sürülür”.

Ə.Çingizoğlu vurğuladı ki, araşdırmalar zamanı məlum olur ki, türkdilli xalqlarda Arsaq ən əvvəl şəxs adı kimi işlənmiş, müəyyən vaxtdan sonra isə onun mənsub olduğu sülalə və yaşadığı ərazi bu şəxsin, hökmdarın adını daşıyıb: “Ermənilər Qarabağ sözünü dəyişə bilmədiklərinə görə “Arsaq” sözünün son hərfini dəyişərək onu erməni sözü kimi təqdim etməyə cəhdlər edirlər, amma bu sözün erməni adı, dili, mənşəyi ilə heç bir bağlılığı yoxdur. “Arsaq” sözünün araşdırılması aydın göstərir ki, ar və saq tərkib hissələri türk sözüdür. “Arsaq” sözünün birinci hissəsi olan Ar - ər komponenti bütün türk dillərində igid, kişi mənasını daşıyır. “Türkdilli xalqların söz ehtiyatında şəxs, yer, qəbilə, çay adı bildirən Ar - ər tərkibli sözlər çoxdur. Bütün araşdırmalar bu sözün yalnız türkdilli xalqların doğma sözü olduğunu göstərir. “Arsaq” sözünün ikinci tərkib hissəsi “saq” komponenti isə tarixin bir sıra ictimai-siyasi hadisələrində böyük rol oynayan, nəhəng imperiyası olan saq qəbilə birləşməsinin adıdır. Bu söz “ar-ər”lə birləşərək “saq igidi”, “saq insanı”, “saq kişisi” mənasını bildirir. “Arsaq” sözünü araşdıran türkoloq-alim Mirəli Seyidov belə bir məntiqi nəticəyə gəlir ki, Arsaq-Arçaq nə vaxtsa türkdilli saq qəbilə birləşməsinin üzvü olmuş, sonra öz adını sülaləsinə verib” - deyə Ə.Çingizoğlu bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ