çərşənbə günü, 21 oktyabr 2026
     

İslam abidələrində erməni vandalizmi izlərinə qarşı həmrəylik çağırışları - Azərbaycançılıqda yeni tərkib hissə… - II yazı

Image


İslam həmrəyliyini daim zirvədə saxlamaq, həmrəyliyimizi qorumaq, təbliğ etmək, yaşatmaq üçün Azərbaycanda dövlət səviyyəsində kifayət qədər təşəbbüs göstərilir. Prezident İlham Əliyevin islam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, yürütdüyü siyasət bu baxımdan bütün müsəlman ölkələrinin dövlət başçıları üçün bir nümunədir.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması həmin dövrdə dünya mətbuatının diqqət mərkəzində olub və dünyanın ən nüfuzlu media qurumları Azərbaycanın bu təşəbbüslərini təqdir edən məqalələr veriblər.

2017-ci ildə Çinin SİNXUA agentliyinin bu məsələyə xüsusi diqqət yetirdiyi hər kəsin yadındadır. Prezident İlham Əliyevin səsləndirdiyi “Biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik” fikri agentliyin yayımladığı yazıda xüsusilə vurğulanıb.

İslam həmrəyliyi azərbaycançılığın ayrılmaz xətlərindən biri kimi, Azərbaycan tərəfdən günü-gündən inkişaf etdirilir. Azərbaycanın ortaya qoyduğu islam həmrəyliyi təcrübəsi, bütün mənalarda, diqqətçəkəndir.

  • “İslam həmrəyliyi ölkəmizdə milli birliyimizin, azərbaycançılıq məfkurəmizin…”

Məlumdur ki, Azərbaycan tarixində həmişə milli-mənəvi dəyərlər əsas rollardan birini oynayıb. Azərbaycan xalqının islam dinini qəbul etməsindən sonra ulu türk əcdadlarımızdan miras qalan, nəsildən-nəslə ötürülən, tədricən müəyyən coğrafiyada və siyasi hakimiyyətlər altında varlığını qoruyan milli dəyərlər islami dəyərlərlə daha da zənginləşib və həmin keyfiyyətlər öz aparıcı rolunu indi də saxlamaqdadır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli mövzu ilə əlaqədar olan məqalələrindən birində qeyd edir ki, 1918-ci ildə ilk Cümhuriyyətimizin müdrik qurucuları haqlı olaraq milli mənsubiyyət məsələsinə böyük önəm verib, bayrağımızın üç rəngində milli kimliyimizin - türklüyümüzün simvolu olan səma rəngini başda tutublar. “Ulu öndər Heydər Əliyev deyirdi: “Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır”. Ümummilli lider həmin fikirləri davam etdirərək bildirirdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərləri, adət-ənənələrimizi inkişaf etdirməliyik.

Milli dəyərlər bizim fikrimizdə milli şüur və kimlikdə, milli azadlıq mübarizəsində, müstəqillik və dövlətçilikdə ilk növbədə nəzərə alınmalıdır. Vətən, ana dili, milli təfəkkür, dəyərlər, milli ideologiya olmadan ölkədə yalnız iqtisadi bağlılıq, yaxud dini həmrəyliklə nəsə əldə etmək çətindir. Fikrimizcə, islam həmrəyliyi ölkəmizdə milli birliyimizin, azərbaycançılıq məfkurəmizin və müstəqillik siyasətimizin tamamlayıcı tərkib hissəsidir.

Prezident İlham Əliyev 1 mart 2017-ci ildə İslamabadda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) XIII sammitindəki çıxışında deyib: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir... Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan islamın dəyərlərinin təşviqini davam etdirməliyik”. Azərbaycanın daxilində islami birliyə nail olunub, müxtəlif dini icmaların bir-birinə qaynayıb-qarışdığı ölkəmizdə hökm sürən zəngin birlik və həmrəylik təcrübəsi bütün İslam dünyası üçün nümunə sayıla bilər. Bakının möhtəşəm Heydər məscidində ölkəmizin islam dininin müxtəlif təriqətlərinə mənsub dindarların bir araya gəlib, eyni sırada namaz qılması, dualar oxuması, müxtəlif ziyarətgahları gəzməsi, qarşılıqlı hörmət və ehtiramla görüşlər keçirməsi İslam dünyası üçün ən yaxşı örnəkdir”.

  • Azərbaycan və İslam Konfransı Təşkilatı...

İslam həmrəyliyinə tarixən böyük töhfələr verən Azərbaycan 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatının (İKT) üzvü olub.

İKT dövlət və hökumət başçılarının Putracayada keçirilən X Zirvə Konfransının qəbul etdiyi qətnamələr Azərbaycan-İKT münasibətlərinin hazırkı vəziyyətinin əyani göstəricisidir. Xatırladaq ki, konfrans qeyd edilən siyasi qətnamə ilə yanaşı, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayiət olunan əməlləri pislənir, ölkənin tarixi üçün belə çətin və böhranlı vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunur, Azərbaycan xalqının əzab-əziyyətini yüngülləşdirmək məqsədilə İKT-yə üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edilir ki, respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərsinlər.

Konfrans ölkəmizlə bağlı üçüncü sənəd – “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnaməni qəbul edib. Geniş və əhatəli preambula və 7 bənddən ibarət bu qətnamə işğal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlib.

Konfransda bu haqda müvafiq hesabat nəzərdən keçirilərək, erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam sivilizasiyasının tam məhvinə yönəldilmiş vəhşi hərəkətləri ciddi surətdə pislənib, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsi tələb edilib, problemlə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verməsi İKT Baş katibindən xahiş edilib.

Respublikamızla bağlı bütün qətnamə layihələrinin təqdim etdiyimiz şəkildə, mübahisəsiz, heç bir düzəliş və təftişə məruz qalmadan qəbul olunması bir daha təsdiq edir ki, İslam aləmi problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. Bu da, öz növbəsində, düzgün qurulmuş xarici siyasətimizin nəticəsidir.

  • “Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”

2017-ci ildə keçirilən və 50-dək ölkədən dövlət və hökumət başçılarının qatıldığı “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev çıxışında “Azərbaycan islam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük” - deyə bildirib. Prezident İlham Əliyev öz çıxışında diqqəti daha çox işğal altında olan Azərbaycan ərazilərində erməni vandalizminin qurbanı olan abidələrə yönəldirdi. “Fürsətdən istifadə edərək İƏM-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və islam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

  • “İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb”

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammitindəki çıxışında da ermənilərin işğal etdikləri Dağlıq Qarabağ torpağında Azərbaycanın qədim və dəyərli tarixi abidələrini dağıtdıqlarını vurğulayırdı: “İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”.

Prezident, həmçinin, vurğulayırdı ki, Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil”.

Bütün İslam dünyası, dünya ölkələri bilməlidirlər ki, Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri, ümumilikdə, bəşəriyyətə qarşı soyqırımıdır.

Ekseprtlər qeyd edirlər ki, iki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problem olaraq qalır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqına deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı dövr ərzində işğal altındakı ərazilərdə dağıdılan mədəniyyət, tarixi-dini abidələrin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur.

Ekspertlər qeyd edirlər ki, maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə islam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilir. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.

Erməni təcavüzü, ermənilərin islam abidələri ilə bağlı həyata keçirdikləri cinayətlər bütün İslam dünyası tərəfindən pislənməli, Ermənistanla “can bir qəlbdə olan” müsəlman ölkələri həmrəylik göstərərək, bu ölkə ilə bütün əlaqələri kəsməlidirlər. Erməni təcavüzü və məhv olmuş tarixi, dini abidələrimizin bütün İslam dünyasının sərvəti olduğunu deyən ekspertlər hesab edirlər ki, bu gün islam həmrəyliyinin möhkəmlənməsinə Azərbaycanla yanaşı, başqa müsəlman dövlətləri də ciddi dəstək verməlidirlər.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ