Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycançılıq ideyasının tarixi qaynaqları - Mirzə Fətəli Axundovun bədii-fəlsəfi, ictimai-siyasi görüşləri…

Image


Azərbaycan xalqının dününcəsini, şüurunu formalaşdıran, dövlətimizin təməl prinsiplərini təşkil edən Azərbaycançılıq ideyası XIX əsrin ortalarından başlayaraq yeni inkişaf yoluna qədəm qoyub. Heç şübhəsiz ki, bu dövrdə Azərbaycançılığın önündə milli maarifçilərimiz gedirdi. Milli maarifçilik hərəkatının əsas qaynağına çevrilən bu müqəddəs ideologiya dövrün ədiblərinin, fikir adamlarının, mütəfəkkirinin yaradıcılığından işıqlı bir  xəttlə keçir, onların əsərləri, məqalələri vasitəsilə xalqın yolunu, şüurunu işıqlandırırdı. Xalqımızın təşəkkül tarixi ilə yaşdaş olan  Azərbaycançılıq məfkurəsi zamanın sınaqlarından adlayaraq günümüzə qədər gəlib çıxa və müstəqil Azərbaycan dövlətinin vahid ideologiyasına çevirilə bilib.

Azərbaycan tarixində XIX əsr maarifçilik hərəkatının xüsusi rolu olduğunu, milli maarifçilərimizin ana dilimiz, mədəniyyətimiz, xalqımızın savadlanması, maariflənməsi, məktəblərin, elm və təhsil ocaqlarının yaradılması uğurunda verdikləri mücadilələr danılmazdır. Azərbaycan xalqının mutərəqqi ziyalıları, mütəfəkkirləri, ədibləri dövrün böyük maarifçiləri xalqımızın milli şüurunun, düşüncəsinin “mürgüdən ayılması” üçün tarixə yazılan işlər görüblər. Bu gün xalq olaraq o görülən işlərin, çəkilən zəhmətlərin bəhrəsini görürük və o insanların ruhunu minnətdarlıqla yad edirik.  Milli ədiblərimizin yaşadıqları dövrdə üzərilərinə düşən ən böyük missiya xalqın savadlanmasına, onun öz milli soy-kökünə sahib çıxmasına, ana dilinə, mədəniyyətinə, tarixinə şüurlu münasibət göstərməsinə nail olmaq idi.

XIX əsr maarifçiləri Azərbaycançılıq ideyasınının forma və biçimini xalqın savadlanmasında, elm-təhsilə yiyələnməsində görürdülər desək yanılmarıq.

Milli maarifçilik hərəkatının başında duran, bu müqəddəs yolu işıqlandıran mütəfəkkirlərimizin bədii-fəlsəfi, ictimai-siyasi görüşlərini tədqiq edən çağdaş alimlərimiz hesab edirlər ki, onların heç birinin “mən öz əsərlərimdə Azərbaycançılıq ideyasını tərənnüm etmişəm” iddiası olmayıb, sadəcə olaraq onlar öz əməlləri, əsərlərinin ideya və mahiyyətilə bu ideyanın daşıyıcısı, təbliğatçısı olduqlarını sübut ediblər.  

“Azərbaycan” Universitetinin doktorantı, ədəbiyyat tədqiqatçısı Leyla Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycançılıq xalqımızın vahid fikir ətrafında mənəvi birliyidir və bu mənəvi birlik məsələsi də XIX əsr maarifçilərimizin, ədiblərimizin yaradıcılığının əsas qayəsini təşkil edib. Marifçilərin əsas məqsədinin xalqın maariflənməsi, savadlanması olduğunu deyən L.Məmmədəliyevanın sözlərinə görə, onlar hesab edirdilər ki, yalnız bu yolla xalqımızı Çar Rusiyasının buxovlarından, tabeliyindən azad etməyə, Azərbaycan torpaqlarında müstəqil dövlət yaratmağa nail olmaq olar. O, qeyd etdi ki, Mirzə Fətəli Axundovdan (Axundzadə) tutmuş mollanəsrəddinçilərə, XX əsr ziyalılarına qədər hər kəsin əsas məqsədi, məramı Azərbaycan xalqının varlığını sübut etmək, xalqımızı mədəni, savadlı, öz dilinə, mədəniyyətinə sahib çıxan, eyni zamanda da dünya mədəniyyətinə bələd olan bir millət kimi yetişdirmək olub. Ana dilimizin Azərbaycançılıq ideyasının əsas qayəsini təşkil etdiyini deyən L.Məmmədəliyevanın fikrincə, XIX əsr ziyalıları dilimizin təbliğinə xüsusi əhəmiyyət verməklə onu xalqın içində ali məqamlara çıxarmağa cəhdlər edirdilər. Ali varlıq olan ana dilimizin başqa dillər işində öz yerini tutması üçün dövrün ziyalılarının mücadilələr verdiklərini qeyd edən ekspert bildirdi ki, onlar bunun üçün ana dilli məktəblərin açılamasına, dilimizdə qəzet və jurnalların çap olunmasına nail olmaq üçün müntzəm olaraq çara müraciətlət edirdilər. Onların bu israrlarının ilkin dövrlərdə çox zaman cavabsız qaldığını xatırladan L.Məmmədəliyevanın sözlərinə görə, onlar çıxış yolunu Azərbaycan dilində əsərlər yazmaqda, tamaşalar qoymaqda, xalqımızın folklor-etnoqrafik sərvətini təbliğ etməkdə görürdülər.

L.Məmmədliyeva qeyd etdi ki, Azərbaycançılıq anlayışı dövrün ziyalılarının əsərlərinin mayasını təşkil edirdi. Onun bildirdiyinə görə, Azərbaycan xalqının müstəqillik uğrunda ən yeni mübarizə tarixində Azərbaycançılıq ideologiyasının klassik bədii nəsrdə, poeziya və dramaturgiyada ifadəsi müasir araşdırmaçıların əsas tədqiqat mövzusudur. O, vurğuladı ki, görkəmli ədəbiyyatşünaslar - İsa Həbibbəyli, Bəkir Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov, Əflatun Saraclı, Şamil Vəliyev, Ofelya Bayramlı, eləcə də digər alimlər XIX əsr Azərbaycan maarifçilərinin Azərbaycançılıq ideyasının təbliğində oynadıqları mühüm rolu əks etdirəm maraqlı tədqiqat nümunələri ortaya qoyublar. Müsahibimizin dediyinə görə, öz elmi nailiyyətləri ilə müasir tədqiatçılar üçün böyük məktəb rolunu oynayan populyar ədəbiyyat tənqidçisi, tədqiatçısı, mərhum professor Yaşar Qarayevin “Axundovla başlayan yaddaş - Azərbaycan türk intibahı”, “Nəsrin və səhnənin ağrı yaddaşı - Cəlil Məmmədquluzadə”, “Yaddaş özünü satirada dərk edir – Sabir” və başqa əsərləri klassik ədəbi məktəb sahiblərimizin Azərbaycançılıq ideologiyasının ifadəsinə çevrilmiş əsərlərinə məhz bu rakursdan yeni baxış hesab edilir və dəyərləndirilir.

Tədqiqatçının sözlərinə görə, Çar Rusiyası Azərbaycanı öz inzibati idarəetmə sisteminə daxil edərək, “Azərbaycan”, “azərbaycanlı” adını xalqın yaddaşından silməyə, “tatar” və digər qondarma adları yaddaşlara yeritməyə cəhdlər edir, bu məsələni durmadan təbliğ edirdi. L.Məmmədəliyeva deyir ki, Çar Rusiyası bu mənfur ideyasını həyata keçirmək üçün Azərbaycan torpaqlarını “ata mali” kimi parçalayır, ərazilərimizdə müxtəlif canişinliklər, qəzalar, quberniyalar yaradır, onlara qeyri-milli adlar verir, bununla da milli yaddaşımıza böyük zərbələr vururdu. “Əsas hədəf isə Azərbaycan xalqının və torpaqlarının əridilməsi idi. Çar Rusiyası Azərbaycan xalqının dilini, mədəniyyətini, milli düşüncəsini buxovlamağa çalışmaqla, torpaqlarımızı parçalamaqla öz mənfur istilaçılıq planlarını gerçəkləşdirirdi. Əlbəttə, bu uzun sürə bilməzdi. Çarın zülmü ərşə dayanmışdı. Xalq yeni nəfəsə, yeni milli mübarizlərə ehtiyac duyurdu. Artıq vədə yetişmişdi, milli maarifçilər ordusu meydana çıxmalı idi. Məhz bu dövrdə Azərbaycan maarifçiləri meydana çıxmağa başladı və qısa zaman ərzində xalqımızın milli maarifçilik hərəkatı formalaşdı.  Maarifçilərimiz xalqımıza qarşı tətbiq edilən bütün mərhumiyyətlərə qarşı gizli və açıq şəkildə mübarizəyə başladı. Onlar öz ictimai-siyasi,ədəbi-fəlsəfi düşüncələrində, əsərlərində, bədii görüşlərində tarixi yaddaşımızın itməməsinə, daha doğrusu itirilməməsinə, ana dilimizin, milli-adət ənənələrimizin, folklorumuzun, milli mədəniyyətimizin, onun bütün qollarının yaşadılmasına, inkişafına çalışırdılar.

XIX əsrin maarifçilik hərəkatından danışırıqsa, burada birmənalı şəkildə Mirzə Fətəli Axundovun (Axundzadə) yaradıcılıq görüşlərinə, ictimai-siyasi, bədii-fəlsəfi düşüncəsinə də nəzər salmalıyıq. Milli dramaturgiyamızın banisi Axundov bu dövrdə Azərbaycan xalqının mütərəqqi ideallara inteqrasiyası baxımından böyük xidmətlər göstərib. O, Avropa dramaturgiyasından bəhrələnərək milli dramaturgiyamızı yaradıb, ana dilli ədəbiyyatımızın inciləri olan komediyalar yazıb. Bu komediyalarda milli həyatımızın gerçəklikləri, adət-ənələrimiz, ictimai davranış normalarımız əksini tapıb. Yüksək peşəkarlıqla maarifləndirmə işinin başında dayanan böyük mütəfəkkir xalqın milli mənlik şüurunun yüksəlişində və mütərəqqi ideallara yiyələnməsi məsələsində müstəsna rol oynayıb”.

Axundovun “Təmsilat” adı verdiyi komediyalarından, dövrün çox önəmli hadisələrindən bəhs edən ictimai-siyasi motivli “Kəmalüddövlə məktubları”ndan, “Aldanmış kəvakib” və başqa əsərlərindən nümunələr gətirən ekspert vurğuladı ki, ədibin bu əsərlərində xalqın milli taleyinə qlobal şəkildə yanaşmalar əks olunub.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun qənaətlərinə görə də, XIX əsrdə Azərbaycan mədəniyyətinin, azərbaycançılıq milli ideyasının inkişafında mühüm xidməti olan nəhəng şəxsiyyətlərdən biri M.F.Axundzadədir (Axundov) .

O, qeyd edir ki, akademik F.Qasımzadənin fikrincə, 50-60-cı illərin maarifçiliyi isə əvvəlki maarifçilikdən özünün daha mübariz və təsirli olması ilə, demokratik ideyalarla daha çox çulğalaşıb qarışması ilə, nəhayət, azadlıq hərəkat ilə bilavasitə bağlı olması ilə seçilir. “Bu sonrakı, kamil maarifçiliyin əsas fərqləndirici cəhətidir  ki,  öz  əksini   daha  dolğun   şəkildə M.F.Axundzadənin (Axundov) yaradıcılığında tapıb. Belə ki, XIX əsrin 50-60-cı illərində feodalizmin dağılması posesinin sürətlənməsi, xalq azadlıq hərəkatının genişlənməsi realist  ədəbiyyatın inkişafını sürətləndirdi. Xalqın millətə çevrilməsi prosesi başladı. Xalq şüuru inkişaf edib milli şüura çevrilirdi. Milli şüurda ictimai həyata qarşı oyanan fəal münasibətin getdikcə artması ədəbiyyatın həyatla olan əlaqəsini möhkəmləndirdi. Ədəbiyyat həyat həqiqətini nisbətən daha geniş və daha dərindən əks etdirməyə başladı: onun mövzuları əhəmiyyətli dərəcədə ictimailəşdi. Ədəbiyyatın əsas aktual mövzuları feodal ətalət və süstlük, cəhalət və nadanlıq, gerilik və irtica, mənəvi boşluq, mütləqiyyət və zorakılıq əleyhinə mübarizə milli şüurun, milli ruhun dirçəldilməsi oldu.

Bu barədə M.F.Axundzadə özü yazırdı: “Məqsədim bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar”. Onun vurğuladığına görə, M.F.Axundzadə öz ideya mübarizəsində təkamülə üstünlük verdiyini belə ifadə etmişdi ki, əsas məqsəd azadlıq və ədalət bayrağını yüksəklərə qaldırmaqda xalqa öz yaşayışının dinc yolla qurmağa, firəvan və xoşbəxt həyata gəlib çıxmağa imkan verməkdir. M.F.Axundzadə milli şüurun oyanmasında əsas əngəl olan müstəbid, zalım, despotik dövlət quruluşuna qarşı mübarizə aparırdı.

“M.F.Axundzadə dövlət məsələsində islahatlar yolu ilə əldə edilmiş xalq hakimiyyətini, onu daha da demokratikləşdirmək, parlament təsis etmək tərəfdarı idi” - deyə V.Ömərov qeyd edir.  

Bu məsələ ilə bağlı F.Qasımzadənin əsərlərindən birində belə bir qeydlər var:”Onun dövlətdə yaratmaq istədiyi islahatlar cəmiyyəti dəyişdirmək, xalqı azadlıq və xoşbəxtliyə çıxartmaq məqsədi güdürdü. İstibdad quruluşuna qarşı tərəddüd etmədən amansız mübarizə aparmaq, çirkinlik və haqsızlıqların hökm sürdüyü feodalizmi ədalətli bir cəmiyyətlə əvəz etmək, xalqa siyasi, cismani və mənəvi azadlıq vermək, onu elm və mədəniyyətin nailiyyətlərilə tanış etmək, kütləni savadlandırmaq və tərəqqiyə çatdırmaq, xalqa səadət və xoşbəxtlik vermək Axundzadənin başlıca siyasi ideyalı mübarizəsinin əsas məqsədidir”.

V.Ömərov vurğulayır ki, M.F.Axundzadənin fikrincə, məhz bu ictimai-siyasi proseslərin reallaşması, son nəticədə, bütövlükdə, millətin milli şüurunun dirçəldilməsinə xidmət edə bilər: “Axundzadə bu ictimai-siyasi və fəlsəfi idealını “Kəmallüdövlə məktubları” traktatında və ondan sonra yazılmış məqalə və məktublarında əks etdirmişdir. M.F.Axundzadə mütərəqqi, ədalətli maarifçi hökmdar Yusif Sərracı “hakimiyyətə gətirməklə” cəmiyyəti islahatlar yolu ilə dəyişdirmək ideyasını müdafiə etmişdir.

XIX əsrin 60-cı illərində M.F.Axundzadə ədalətli hökmdar və parlament, habelə, konstitusiyaya əsaslanan geniş seçkili hakimiyyətin olması ideyasını irəli sürur, bu məsələdə xalqın fəal iştirakından, geniş rolundan danışırdı...”

Araşdırmalarımızdan, ekspert rəylərindən və klassik ədəbiyyat tədqiqatçılarının fikirlərindən belə qənaətə gəldik ki, XIX əsr maarifçilərinin, ədiblərinin, xüsusilə də yaradıcılığı, bədii-fəlsəfi, ictimai-siyasi görüşləri haqqında geniş məlumat verdiyimiz M.F.Axundovun (Axundzadə) Azərbaycançılıq ideyasının xalqımızın düşüncəsində, şüurunda özünə əbədi yer tutmasında müstəsna xidmətləri olub.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ