Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Prezident Əliyevin telemüsahibə ideyaları səmərəsiz Minsk Qrupunun tərkibində dəyişiklik müzakirələrinə motiv verdi…

Image


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən artıq tam şəkildə dalana dirənmiş bir vəziyyətə düşüb. Problemin bu həddə gəlib çıxmasının ümdə səbəblərindən biri isə həm də münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməməsidir.

Ümumiyyətlə, birmənalı həqiqətdir ki, beynəlxalq qurumlar, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuliyyət daşıyan tərəflər sırasında yer alır. Ən azı o baxımdan ki, bu vaxta qədər işğalçıya qarşı sərt tədbirlər görməyiblər, sanksiyalar tətbiq etməyiblər. Elə bu da işğal siyasətinin davam etməsinə rəvac verib. Qeyd edək ki, yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev də bu fonda  Minsk Qrupunun fəaliyyətini sərt tənqid hədəfinə çevirdi. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən sonra verilən bəyanata toxunan dövlət başçısı qeyd etdi:“O ki qaldı, Minsk Qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk Qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk Qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik”.

Artıq faktdır ki, uzun illərdir Azərbaycan cəmiyyətində Minsk Qrupunun həmsədrlərinə qarşı inamsızlıq hökm sürür. Çünki son dövrlərə qədər vasitəçilərin əsas işi ildə bir neçə dəfə bölgəyə səfərə gəlmək, iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək, sonda da hansısa şablon  bəyanat verməkdən o tərəfə keçməyib. Bu mənada təsadüfi deyil ki, Azərbaycanda əksəriyyət həmsədrlərin bu səfərlərinə turist gəzintisi kimi baxırdı. Artıq bir neçə aydır onlar bölgəyə gələ bilmirlər, çünki koronavirus pandemiyası buna imkan vermir, sərhədlər bağlıdır. Yəni onların öz fəaliyyətsizliklərini səfərlərlə ört-basdır etmək varinatı alınmır. Belə bir vəziyyətdə onlar Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşünü təşkil edirlər. İndi haqlı sual yaranır ki, əgər Ermənistan rəhbərliyi ilə uzun illərdir üzbəüz aparılan müzakirələr bir nəticə verməyibsə, videokonfrans vasitəsilə nəyəsə nail olmaq mümkündürmü? Rəsmi İrəvanın indiyə qədər tutduğu qeyri-konstruktiv mövqeyə belə videokonfrans vasitəsilə hansısa formada təsir göstərmək çətin baş tutsun. Yəni həmsədrlərin videokonfrans formatında danışıqların aparılması ilə bağlı təklifi gözdən pərdə asmaqdan, guya münaqişənin həllinə çalışmaları görüntüsü yaratmaqdan başqa bir şey deyil. Azərbaycan da bununla razılaşmaq niyyətində deyil. Məhz bu vəziyyətdə Qarabağ məsələsinin dinc yolla həll imkanları da tam tükənmiş vəziyyətə gəlir. Politoloq Qabil Hüseynli belə bir məqama diqqət çəkir ki, artıq Minsk Qrupunun bu fəaliyyətsizliyi üzündən danışıqlar prosesinin sonu çata bilər:“Danışıqlar prosesinin süni şəkildə uzadılması, status-kvonun saxlanması bizim üçün qəbuledilməzdir. Təsadüfi deyil ki, ölkə başçısı nitqi zamanı bu mövzuya bir daha toxundu. Onun “Minsk Qrupundan konkret bəyanatlar gözləyirik” sözləri danışıqlar prosesinin hər an bitə biləcəyini göstərir”.

O bildirib ki, Prezident müsahibəsində, həmçinin, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən proseslər ətrafında sualları cavablandırdı:“Bildiyimiz kimi, Azərbaycan işğala, soyqırıma məruz qalmış bir ölkədir. Bununla belə, heç zaman torpaqlarımızın qan bahasına geri qaytarılmasının tərəfdarı olmamışıq. Ona görə yox ki, biz zəif, ya da acizik. Əksinə, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Lakin münaqişənin həlli yönündə gedən sözdə danışıqlar prosesi vaxtı uzatmaqdan başqa bir məqsəd güdmür. Prezidentin həm ona ünvanlanan suallar, həm də çıxışı zamanı bu mövzuya toxunması onun mövcud vəziyyətdən narazı olduğuna dəlalət edir. Məsələ ondadır ki, ölkə başçısı “bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz” sözləri ilə hələ də danışıqlar prosesində maraqlı olduğunu bariz şəkildə bildirir. Lakin Prezidentin danışıqlar prosesinin hazırki vəziyyətindən narazı olduğu da bəllidir. Bu isə müharibə variantının hər zaman aktual olduğunu göstərir”. Politoloq qeyd edib ki, Ermənistanın işğalçı mövqeyi təkcə siyasi sferada deyil, humanitar sahədə də özünü göstərir:“Əslində, Ermənistanın düşmənçilik siyasətini bu dərəcədə qabarıq formada göstərməsi bizim maraqlarımıza uyğundur. Düşünün, prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bu çox gülünc bir haldır. Bunun səbəbini isə ötən gün ölkə başçısı bir sözlə ifadə etdi: azərbaycanafobiya”. Təbii ki, bu durumda ya Minsk Qrupu konkret mövqe sərgiləyib hərəkətə keçməli, ya da Qarabağ məsələsinin hərbi yoldan başqa çözüm variantının yoxluğunu qıbul etməlidir.

Qeyd olunan xüsusda digər maraqlı məqam Minsk Qrupunun tərkibində, formatında dəyişiklik edib onu konkret fəaliyyətə sövq etməkdir. Bu xüsusda Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli maraqlı məqamlara toxunur. Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş təxribat xarakterli addımlarına münasibətdə, nəinki beynəlxalq təzyiq mexanizmlərinin hərəkətə gətirilməsinə səy göstərir, hətta işğalçı ölkənin əməllərini pisləməkdən belə çəkinirlər:“Cənab prezidentin qeyd elədiyi kimi, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Amma təcrübədə biz bunun əksini görürük, həmsədrlər Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər”. Azər Kərimli qeyd edib ki, bütün digər beynəlxalq təsisatlarda olduğu kimi, ATƏT-in Minsk Qrupunda da həmsədr ölkələr rotasiya qaydasında dəyişməlidir:“Necə olur ki, ATƏT-in özündə bu təşkilata sədrlik edən ölkələr rotasiya qaydasında dəyişirlər, amma bu təşkilatın təsisatı olan Minsk Qrupunda həmsədr ölkələr olduğu kimi qalır və heç vaxt əvəz olunmurlar?”. Parlamentari Minsk Qrupunda həmsədrlər, münaqişə tərəfləri ilə yanaşı, İtaliya, Türkiyə, Almaniya, Belarus, Niderland, Portuqaliya, Finlandiya kimi ölkələrin təmsil olunduğunu da xatırladıb:“Məsələn, həmsədrlik insitutunda Avropa Birliyini təmsil edən Fransanı rotasiya qaydasında İtaliya əvəz edə bilər. Digər həmsədrlərin də rotasiya qaydasında dəyişdirilməsi vacibdir”. Digər ekspertlər tərəfindən də fikirlər səslənir ki, bu halda həqiqətən də Minsk Qrupunun fəaliyyətində hansısa yenilik müşahidə etmək olar.

Digər tərəfdən, hələ 1994-cü ildə atəşkəslə bağlı razılıq əldə edilərkən əsas şərtlərdən biri də o idi ki, Minsk Qrupu sülh yolu ilə problemin həllini həyata keçirməlidir. Amma ötən dövr qrupun bu istiqamətdə fəaliyyətinin fiaskoya uğradığını üzə çıxardı. Belə vəziyyətdə Minsk Qrupu ya bu problemi sülh yolu ilə həll etməlidir, ya da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün digər variantlara, o cümlədən güc amilinə əl atmalıdır. Ona görə də ölkə başçısı yuxarıda qeyd edilən müsahibəsində bir daha aprel döyüşlərini xatırlatmaqla milli ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Bu xüsusda prezident bildirdi:“Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında. Aprel döyüşləri heç kimin yadından çıxmasın!”. Bu təkcə Ermənistana yox, onun havadarlarına, eləcə də  Minsk Qrupuna ünvanlanmış mesajdır. Məhz bu halda Minsk Qrupu ya vəziyyət daha da gərginləşmədən öz missiyasını yerinə yetirməklə bağlı konkret addımlar atmalı, ya da prosesdən çəkilməlidir. Burada vasitəçilər əslində yaxşı görür ki, Azərbaycan danışıqlar formatına sadiqdir, prosesin mahiyyətinə istinad edir. Ermənistan rəhbərliyinin fəaliyyəti və açıqlamaları isə danışıqların mahiyyəti ilə ziddiyyət təşkil edir.Bu hal Minsk Qrupunun öz imicinə də ciddi xələl gətirir. Ən azı o baxımdan Minsk Qrupunun Ermənistana qarşı konkret addımlar atması zərurətdir. Amma qurum heç öz imici xatirinə da hansısa addım atmır. Belə olan halda, təbii ki, işğalçının təxribatçı davranışları intensiv xarakter alır. Nəticə etibarı ilə danışıqlarda durğunluq müşahidə olunur. Bakı bununla razılaşmayaraq bildirir ki, artıq danışıqlar masasında təcavüzkarla işğala məruz qalan arasında fərq qoyulmalı, status-kvonun dəyişdirilməsinə xidmət edən addımlar atılmalıdır. Ya bu yolla  münaqişənin həllində pozitiv dinamika yaradılmalı, ya da Azərbaycan ordusu vasitəsilə ərazi bütövlüyünü bərpa etməlidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ