06/07/2020 23:58
728 x 90

Prezident AŞPA-nın hörmətsiz günə düşdüyünə tutarlı fakt gətirdi - 384 deputatdan cəmi 69-nun iclasda olduğu vaxtlar var...

img

2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Prezident İlham Əliyev proqram xarakterli olduqca vacib məqamlara toxunub.

Son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi Prezident İlham Əliyevin diqqətindən yayınmayıb:

“Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevrilmişdir. Görünür, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞPA-da son illər aparılan müzakirələrin daha sönük keçməsi heç kəsə sirr deyildir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu il yanvarın sonlarında keçirilmiş qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak etmişdir”.

AŞPA-nın bu şəkildə hörmətdən düşməsi nə ilə bağlıdır?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa Şurası Parlament Assambleyası qurumun 47 üzv dövlətinin siyasi qrup nümayəndələrindən formalaşan bir təşkilatdır:“Formalaşdığı zamanlardan  üzv dövlətlərin  müxtəlif siyasi qrupların öz maraqlarını qurumun  hesabına müdafiə edəcəyi, bu qədər  geniş imkanlara malik olan təşkilatın imkanlarından öz maraqları üçün istifadə etmə cəhdləri gözlənilən və qaçılmaz idi.

Bilirik ki, AŞPA-da üzv ölkələri müxtəlif mövzularda informativ xarakterli dinləmələrin təşkili, ölkələr üzrə bu və ya digər mövzularda hesabat hazırlayacaq həmməruzəçilərin təyin olunması və qurumun fəaliyyətinin səməriliyinin artırılması üçün  hesabatların təşkil olunması adi praktikadır. Ancaq bu dinləmələr, hesabatlar və ya həmməruzəçilərin fəaliyyəti bəzi ölkələrə qarşı təzyiq və təsir üsulları kimi istifadə olunur. Bəzən  bu proseslər AŞPA üzvü olan müstəqil dövlətlərin məhkəmə hüquq sisteminə təzyiq cəhdləri, hüquqi proseslərə siyasi qərarlarla təsir cəhdləri və siyasi təqib kampaniyalarla müşayiət olunur. Bir sözlə,  AŞPA təşkilat olaraq üzv dövlətlərə qarşı fəaliyyət üçün poliqon rolunu oynayır.

Üzv dövlətlərin milli nümayəndə heyyətlərindən formalaşan üzvlər isə  hər hansı bir siyasi, iqtisadi lobbi qrupunun təqdimatında aparılan, onların dövləti və ya özü üçün heç bir əhəmiyyət daşımayan prosesdə iştirak etmək marağında olmurlar və ancaq öz dövlətləri ilə bağlı tədbirlərə qatılırlar. Bunun da nəticəsində iştirakçılıq azalır, sessiyalar boş keçir.

Diğər bir məsələ - AŞPA-nın sessiyalarında aparılan işlərin obyektivliyi və ən əsası faydalılığı çoxlu açıq suallar yaradır: məsələn,  niyə AŞPA müxtəlif siyasi-iqtisadi lobbi qruplarının və ya üzv dövlətlərin rəqib ölkələrə qarşı təhrif olunmuş informasiyalar əsasında qərəz və təzyiq kampaniyası aparılan platformaya cevrilməsinə göz yumur?

Ən əsas sual isə, əlbəttə, AŞPA da sessiyaların gündəliyinin tərtibatı ətrafında olan narahatlıqlarla bağlıdır. Tərtibat zamanı prioritet mövzuların müəyyənləşdirilməsi, eyni situasiyalı üzv ölkələrə qarşı ikili stndartlar, qərəzli mövqe ilə müşaidə olunur.

Nəticədə, AŞPA-nın adının ətrafında formalaşan qərəzli təşkilat imici  onun hörmətdən, nüfuzdan düşməsinə səbəb olur. Son zamanlar isə, hətta beynəlxalq bir qurum kimi legitimliyinə şübhə ilə yanaşamaların meydana çıxmasına şərait yaradır”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər