Cümə günü, 30 oktyabr 2026
     

Qarabağda yeni savaş xəbərdarlığı Ermənistanı qarışdırdı – İrəvan Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin “planlaşdırılmamış aqressiyaya çevrilə biləcəyindən” ehtiyat edir...

Image


Dağlıq Qarabağ münaqişəsinin hərb müstəvisində həll ehtimalının getdikcə artması həm beynəlxalq miqyasda, həm də işğalçı Ermənistanın özündə etiraf edilməkdədir. Əsas səbəb isə, bütün çağırışlara rəğmən, Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirməkdən yayınmasıdır. Bu durumda savaşın istənilən an başlaya biləcəyini rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistan mediasına müsahibəsində xüsusi olaraq vurğulayır.

Ekspert hesab edir ki, artıq beynəlxalq ictimaiyyət, o cümlədən də Rusiya baş verənlərin məsuliyyətinin Ermənistan üzərində olduğunu yaxşı bilir:“Bu durumda, düzdür, danışıqlar prosesi hələ  ki qalır, lakin Azərbaycan danışıqların yekununda heç nəyə nail olmasa, Qarabağ ətrafında böyük və kiçik toqquşmalar baş verəcək”. Onun sözlərinə görə, yeni müharibə daha pis olacaq, bu baxımdan, tərəflər sülhə aparan danışıqların davamına hələ də ümid edir:“Proses yalnız konkret qərarlar zamanı tərpənəcək, formal söhbətlər heç nəyə yaramır. Formalizm birbaşa müharibəyə aparır. Azərbaycanda əhalinin bütün təbəqələri vuruşmağa hazırdır. Bu da vətəndaş cəmiyyətində həmrəyliyin nadir nümunəsidir. Ermənistan bu amili unutmamalıdır”. Torfimçuk hesab edir ki, Ermənistan mövcud “həll planları”ndan daha çox, Azərbaycandan narahat olmalıdır:“Çünki Azərbaycan heç vaxt sakitləşməyəcək və onu gözləmək lazım deyil ki, Bakının təzyiqi getdikcə zəifləyəcək. Azərbaycanı ən çox əsəbiləşdirən 2016-cı ildə “aprel müharibəsi”ndən sonra da danışıqların heç bir nəticə verməməsidir”. Həqiqətən də aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensivləşsə də, əksəriyyətin gözləntilərinin əksinə olaraq, irəliləyiş əldə olunmadı. Yaranmış mənzərə - danışıqların, gözləntilərin yenidən fiaskoya uğraması isə Azərbaycanın maraqlarına uyğun gəlmir. Bu səbəbdən, növbəti dəfə aprel ayında yaşanan müharibəyə, hətta daha güclü hücuma ehtiyac olduğu barədə fikirlər bildirilir. Əksər ekspertlər də hesab edir ki, Bakı İrəvanın qeyri-konstruktiv mövqe nümayişi ilə prosesi süni surətdə uzatmaq istəyi ilə barışmaq niyyətində deyil. Hazırda  Ermənistanı diplomatik, hüquqi, iqtisadi və hərbi-siyasi baxımdan tamamilə təcrid vəziyyətinə salan Azərbaycan işğal siyasətinə son qoymaq üçün istənilən vaxt savaşa başlamağa da tam hazırdır. Azərbaycanın iqtisadi-hərbi qüdrəti bu gün Ermənistanı qısa zaman kəsiyində döyüş meydanında kəskin məğlubiyyətə uğratmağa imkan verir. Buna baxmayaraq, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir, razılaşdırılmış prinsiplərdən vaxtaşırı imtina edir, müxtəlif bəhanələrlə mövcud status-kvonu qoruyub saxlamağa, danışıqları uzatmağa çalışır. Yuxarıda qeyd olunduğu kimi, bu hal da, öz növbəsində, savaşı tətikləyən başlıca amil qismində çıxış edir. Bu durumda İrəvan onu nəzərə almağa məcburdur ki, bütün parametrlər baxımından işğalçı dövlətin ordusundan üstün olan Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində bütün hədəfləri vurmaq, düşmənin zəbt etdiyi ərazilərimizdəki mövqelərini sıradan çıxarmaq iqtidarındadır. Bunu Ermənistanın keçmiş müdafiə naziri Vağarşak Harutyunyan da açıq etiraf edir. O, xüsusən Naxçıvan istiqamətindən Azərbaycanın sərt zərbələr endirə biləcəyini vurğulayır:“Bakı burada (Naxçıvanda-red) mövqeyini xeyli gücləndirib. Həm də nəzərə alaq ki, Azərbaycan-Türkiyə ittifaqı öz qlobal siyasətini həyata keçirir”. O qeyd edib ki, indi vəziyyət dəyişib:“Hazırda onlar Naxçıvan sərhədlərindən Ermənistan üzərinə geosiyasi, hərbi, siyasi təzyiq həyata keçirirlər ki, erməni tərəfi Qarabağ məsələsində güzəştlərə getsin. Onların fikrincə, güzəşt isə bizim Qarabağı təhvil verməyimizdir”. Harutyunyan bildirib ki, Azərbaycan Naxçıvan sektorunu gücləndirib:“Onlar Naxçıvanı gücləndiriblər, silah gətiriblər ki, İrəvan əlçatan olsun. Bunu da bacarıblar”.

Digər erməni siyasi analitik Karen Bekaryan da həyəcan təbili çalanlar sırasındadır:“Azərbaycan həmişəki kimi təkəbbürlüdür, daha doğrusu, gücünə indi çox arxayındır. Bənzər münasibət və davranış dil savaşı, sadəcə böyük danışma deyil. Azərbaycan Ermənistan ictimaiyyəti və beynəlxalq ictimaiyyətin reaksiyasını və bu reaksiyanın operativliyini sınaqdan keçirir. Bunu izah etməyə ehtiyac varmı? Həmçinin izah etməyə ehtiyac varmı ki, bənzər “sınaq” Azərbaycanın nəyinə lazımdır? Yenidən iddia etməyə məcburam, bu gün ölkəmiz xarici siyasət cavabdehliyinə sahib deyil, sanki hələ rəsmilər var, insanların adları var, cavabdehlər yoxdur. Bu kabusa son verilməlidir və dövlət bütün institutları ilə ordunun arxasında dayanmalıdır. Amma bu yoxdur. O səbəbdən sabah Azərbaycan savaşa başlasa, vəziyyət Ermənistan üçün yaxşı olmayacaq”. Bunu rus hərbi analitik Aleksandr Xramçixin də xüsusi olaraq vurğulayır. O bildirib ki, mayın 18-dən 22-nə qədər Azərbaycan ordusu növbəti böyük hərbi təlimlərindən birini keçirməklə Ermənistana yenidən xəbərdarlıq edib:“Hərbi təlimlər planlıdır, bənzər hərbi təlimlər üçün klassik hesab olunan ssenarilər oynanılıb. Ermənistan tərəfi ilə əməliyyatlar təhlükəsinin olduğu istiqamətlərdə hərbi təlimlər zamanı genişmiqyaslı hərbi texnika, canlı qüvvə toplanması baş verir. Əlbəttə, hazırkı münaqişə halında bunu qiymətləndirmək böyük macəra olacaq, çünki o dərhal başqa bir əməliyyata və ya hətta planlaşdırılmamış aqressiyaya çevrilə bilər”. Digər bir rus hərbi analitik Pavel Felqenhauer bildirib ki, Qarabağ münaqişəsi halında bu hərbi təlimlər güc nümayiş etdirmək, bununla rəqibi təmkinli etmək, təhrik etmək, təzyiq göstərmək və sayıqlığı yoxlamaq xarakteri daşıyır: “Azərbaycan koronavirusun yayılması zamanı rəqibin sayıqlığını yoxlayır. Təhlükə var ki, bu koronavirus  sərhədlərdə sayıqlığı əhəmiyyətli dərəcədə zəiflədə, ölkələrdə xaotik vəziyyət yarada bilər, elə deyil?”. Ekspert qeyd edir ki, burada Azərbaycanın daha böyük hərbi gücə malik olması faktı da öz rolunu oynayır. O diqqətə çatdırır ki, rəsmi Bakı hələ də konfliktin dinc yolla, yeni qanlar tökülmədən həllinə, İrəvanın, nəhayət, sağlam məntiqlə məsələyə yanaşacağına ümidini tam itirməyib. Lakin təəssüflər olsun ki, bu yöndə gözləntilər zəifləməkdə, adekvat olaraq, yeni müharibə risqi artmaqdadır. Məsələ həm də ondadır ki, danışıqların nəticəsizliyini görən Azərbaycan haqlı olaraq öz döyüş potensialını, hərbi qüdrətini durmadan artırır. Ermənistan milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan da İrəvanın bunları nəzərə almalı olduğunu bildirir:“Heç bir epidemiya, heç bir inqilab, heç bir anlaşma Azərbaycanı hərbi yolla uğur əldə etməkdən imtinaya vadar edə bilməz. Amma indiki Ermənistan hakimiyyəti bunu anlaya bilmir. Ermənistanın dövlət sisteminin və cəmiyyətin sayıqlığı azaltması müəyyən təhlükələr yaradır. Bizim dövlətimiz üçün təhlükəsizlik problemi hələ uzun müddət prioritet olacaq. Bu faktdır və biz onu reallıq kimi qəbul etməliyik. Amma Ermənistanın indiki hakimiyyəti hələ də Qarabağ danışıqlarına ciddi yanaşmamaqla savaşı tətikləyir. Rusiya ilə pisləşən münasibətlər də əlavə təhdiddir. Halbuki, Moskvasız bizim mövcudluğumuz mümkün deyil. Cəmiyyəti parçalanmağa yönəlik siyasət və ayırıcı xətlər də daha bir təhdiddir. Əlbəttə, dövlətin təhlükəsizliyi səviyyəsinə təsir edən çoxlu digər faktorlar da var və onların hamısı mühümdür. Ancaq göstərilən üç məqam birbaşa bizim üçün siqnaldır. Dövlətin təhlükəsizliyi və həyati problemlər sistemi bir nəfərin emosional duyğularından və nazından asılı ola bilməz. Heç şübhəsiz, yaxın zamanlarda bizi bir sıra təhdidlərin kəskinləşməsi ilə özünü göstərəcək qəliz mərhələ gözləyir. Ermənistanın təhlükəsizliyinin gələcəyi zərbə altına qoyulur”. O hesab edir ki, bu durumda Azərbaycanın savaşa başlaması Ermənistan üçün növbəti böyük zərbə olacaq. Elə ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov da bildirir ki, Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir:“Azərbaycan ordusu əvvəlki illərə nisbətən çox inkişaf edib. İndi ordumuzun dəqiq, uzaq məsafəni vuran, qısa zamanda döyüş vəziyyətinə hazır olan silahları və ordusu var. Sözsüz ki, Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir. Qısacası, biz döyüşə tam hazır vəziyyətdəyik və düşünürəm ki, müharibə hər an başalaya bilər. Ordumuz düşmənə ən ağır zərbələr endirməyə qadirdir. Heç şübhəsiz, müharibə başlasa, Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaq”.

Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi də ordumuzun işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcəyini və bunun 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacağını açıqlayıb. Müdafiə Nazirliyinin bu açıqlamasını ekspertlər də müharibə anonsu olaraq qiymətləndirir. Bütün bunlar bir daha yeni Qarabağ savaşının istənilən an başlana biləcəyini istisna etmir. Amma nəticənin bu dəfə fərqli olacağını Ermənistanda da yaxşı dərk edirlər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ