Cümə günü, 30 oktyabr 2026
     

Ermənilər milli irsimizi dağıtmağın məsuliyyətindən qaça bilməyəcək - Prezident bütün cinayətlərin sənədləşdirildiyini dedi...

Image


“...Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağıdılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən, dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur”.

Bu fikirləri mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib.

Ermənilır tərəfindən dağıdılmış bütün milli irsimizin sənədləşdirilməsinin əhəmiyyəti nədir?

  • Fərhad Quliyev: “Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinə aid dağıdılmış abidələrin sənədləşdirilməsi işinə dövlət başçısı tərəfindən xüsusi önəm verilməsi çox mühüm hadisədir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev baki-xeber.com-a açıqlamasında dedi ki, erməni vandalizminin qurbanı olan milli irsimizin sənədləşdirilməsinin bütün mənalarda əhəmiyyəti böyükdür: “Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinə aid dağıdılmış abidələrin sənədləşdirilməsi işinə dövlət başçısı tərəfindən xüsusi önəm verilməsi çox mühüm hadisədir. Ümumiyyətlə, ölkə başçısı İlham Əliyevin mədəni

irsimizlə bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşdığının və bu sahəni öz fəaliyyətində diqqət mərkəzində saxladığının bir daha şahidi oluruq.

Azərbaycanın zəngin mədəni irsini əks etdirən tarixi abidələrimiz Ermənistan ərazisində çoxluq təşkil edir. Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər,

Əfşarlar, Qacarların mədəni irsi indiki Ermənistan ərazisində geniş şəkildə öz əksini tapıb. Qeyd olunanların heç biri erməni xalqının mədəni irsi deyil. Erməni tədqiqatçılarının bu abidələrin tarixi varlığına son illər ərzində sahib çıxmaq niyyətləri kəskin şəkildə dünya elmi ictimaiyyətinin tənqidinə səbəb olub. Artıq Ermənistan ərazisində mövcud mədəni irsin mahiyyəti və etnik mənsubiyyəti ilə bağlı ciddi elmi nəşrlərin çoxalmasını müşahidə edirik.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyana tarix və siyasət dərsi keçməsi dünya tədqiqatçılarının da marağına səbəb olub. Panel müzakirədə Avropanın tanınmış elmi-tədqiqat mərkəzlərinin, o cümlədən, əməkdaşlıq etdiyimiz Almaniyanın Maks Plank İnstitutunun mütəxəssisləri iştirak etmişlər. İrəvan şəhərinin yaranması və orta əsrlərdə bölgənin parlaq mədəni mərkəzlərindən olması faktı hazırda dünya tədqiqatçılarının marağına çevrilən məsələlərdəndir. Lakin İrəvən xanlığının mədəni irsinin məqsədyönlü şəkildə erməni hökuməti tərəfindən dağıdılması faktları məsələ ilə bağlı müzakirələrə son qoymaq və region tarixinin tam bir qatının məhv edilməsinə yönəlib. Həmçinin, burada ölkənin saxta tarixinin formalaşdırılması məqsədi güdülür. Bir neçə dəfə beynəlxalq konfranslarda xarici arxeoloqların dilindən təəssüf hissi ilə Ermənistanda qazıntılar zamanı baş verən hadisələri qeydə almışam. Belə ki, Ermənistanda arxeoloji abidələrin öyrənilməsi zamanı tez-tez qədim yaşayış yerlərinin üst qatında orta əsrlər dövrünə aid arxeoloji mədəni təbəqənin mövcudluğu qeydə alınıb. Elmi qaydalara uyğun olaraq, abidənin ilk üst qatı hətta tədqiqatçının tədqiqat dövrü olmasa belə, dəqiq öyrənilməli idi. Lakin Ermənistanda bu qaydalara əməl olunmur. Bölgənin orta əsrlər dövrü mədəniyyəti öyrənilmir. Həmin mədəni qat yatımı dağıdılır. Abidələrin öyrənilməsinə olan belə münasibət son illərdə Ermənistanda çalışan xarici tədqiqatçıların qəzəbinə səbəb olub. Konkret olaraq qeyd olunan dövrün mədəni irsinin öyrənilməsi və qorunması məsələsi Ermənistanda qeyri-rəsmi olaraq qadağan edilib.

Amma bunu etmək mümkün deyil. Bu abidələrin dəqiq tarixi mənbələri var”.

F.Quliyev qeyd edir ki, məsələn, Tiflis İncəsənət Muzeyində XX əsrin əvvəllərində İrəvanın azərbaycanlı sakinlərinin fotoları, həmçinin, rəsmlər, o cümlədən, İrəvan sarayının şəkli qorunub saxlanır. “Həmçinin, keçən ilin sentyabr ayında Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı möhtəşəm bir sərgi təşkil olunub. Sərgidə İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf  Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunub. Bəs bu ölkə XVI-XIX əsrlərə aid mədəni irsi hara yoxa çıxarıb? Xanlıq paytaxtının saray kompleksləri, çoxlu sayda memarlıq incisi olan karvan saraylar özü də müstəqil və dövlətli xanlığın maddi mədəniyyəti – irsin məhv edilməsi siyasəti çərçivəsində və tarixi yaddaşın yox edilməsilə yer üzündən silinib. Bu baxımdan ermənilər tərəfindən dağıdılmış milli irsimizin sənədləşdirilməsi məsələsi xalqımızın mədəni irsinin bir hissəsi kimi gələcək nəsillərin yaddaşında xüsusi yer tutmasına xidmət edir. Eyni zamanda, bütün rəsmi və qeyri-rəsmi beynəlxalq tədbirlərdə ictimaiyyətin nəzərinə və diqqətinə çatdırılması baxımından çox vacibdir. Sənədləşdirilmiş materialların səviyyəli təqdimatı nəticədə qonşu ölkənin mədəni irsə olan münasibətini və siyasi məqsədlər güdən yalançı tarixin formalaşdırılmasını göstərə biləcək. Belə bir əhəmiyyətli layihənin baş tutması ziyalılarımızın ən vacib arzularından biri idi” - deyə F.Quliyev qeyd etdi.

  • Rizvan Hüseynov: “Sözsüz ki, bu çox əhəmiyyətli məsələdir”

AMEA-nin Hüquq və İnsan Haqlari İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi mərkəzinin sədri Rizvan Hüseynovun fikrincə də sənədləşmənin əhəmiyyəti böyükdür: “Sözsüz ki, bu, çox əhəmiyyətli məsələdir və cənab Prezident buna çox məqamında toxunub. Ona görə ki, bu prosesə qədər erməni işğalında olan milli irsimizin sayı-hesabı bilinməyib, maddi-mədəni sərvətimizin miqyası müəyyən olunaraq qeydiyyata alınmamışdı. Bu istiqamətdə işlərin aparılması vacib idi”.

Bununla belə, R.Hüseynov hesab edir ki, bu sənədləşmə əsasında tədqiqatlar aparılmalıdır: “Burada, ilk növbədə, əsas sənəd kimi Çar Rusiyasına aid arxiv sənədləri götürülməlidir. O dövrdə rus alimləri Azərbaycana və Qafqazın digər bölgələrinə ekspedisiyalar təşkil edirdilər. O cümlədən də İrəvan qəzasına və azərbaycanlıların tarixən yaşadıqları vilayətlərə ekspedisiyalar göndərilirdi.  Bu ekspedisiyalar haradakı azərbaycanlılar çoxluq təşkil edirdilər, orada aparılırdı. Burada həm etnoqrafik tədqiqatlar aparılır, həm abidələr siyahıya alınır, həm də yerli əhalidən məlumatlar toplanırdı. Həmçinin də bizim milli irsimiz olan xalçalarımız, silahlarımız və mədəniyyətimizə aid olan digər artifaktların ən gözəl nümunələri toplanıb Tiflisdəki Milli Muzeyə, yaxud Peterburqa, Moskvaya, Rusiyanın digər mərkəzi yerlərinə aparılırdı. O nümunələrin əksəriyyəti əlçatandır və onları tədqiq etmək olar. Eyni zamanda da o dövrə aid olan xəritələrdə müasir Ermənistan ərazisində Azərbaycana aid toponimlər var.

XIX əsrdə bir sıra ciddi nəşrlər vardı. “Faktı Qafqazskoy arxeologiçeskoy komissiyi”, 11-12 cildlik nümunələr vardı və hərəsində 1000-dən artıq sənəd əks olunmuşdu. Bu bir arxiv toplusudur, çox zəngin sənədlərdir. Sonra 138 cilddən artıq Qafqazla bağlı statistik məlumatlar toplusu da var. Bütün arxiv sənədlərinə istinadən deyə bilərik ki, müasir Ermənistan ərazisi bizim abidələrlə zəngindir. Çar Rusiyası və SSRİ-nin ilkin dövrlərində olan tədqiqatlardan istifadə edərək, görülən işlərin davamı kimi böyük bir araşdırma aparmaq olar. Ermənilər tərəfindən dağıdılmış bütün milli irsimizin sənədləşdirilməsinin həyata keçirilməsinin böyük tarixi əhəmiyyəti var”.

 İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ