Naxçıvanda da “ASAN xidmət” Mərkəzi yaradıldı

19 Fevral 2020 17:34 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muxtar Respublikanın Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Muxtar Respublikanın Nazirlər Kabinetinə tapşırılıb ki, “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.