Erməni saytlarında gənc bakılı qızların erotik reklam şəkilləri - Bakıda yaşayıram, adım Eva, 28 yaş, kişi axtarıram... Mənəvi terrorun qarşısını kim almalıdır...

19 Fevral 2020 17:58 (UTC+04:00)

Ermənilər Azərbaycana qarşı hər zaman müxtəlif yollarla təxribat həyata keçirməyə cəhdlər edirlər. Əksər vaxtlarda bu təxribatın sükanı erməni mediasının əlində olur və onlar ölkəmizə, xalqımıza qarşı ən ağlagəlməz şəkildə qara kampaniyalar aparırlar.

Son aylar erməni xəbər saytlarında Azərbaycana qarşı yeni təxribat üsulu seçilib. Sözün əsl mənasında, bizə qarşı mənəvi terror olan bu halın qarşısının hansı şəkildə alınmalı olduğu müxtəlif suallar doğurur. Müşahidlərimizə görə, erməni saytlarının bir çoxunda Azərbaycan qızlarının erotik şəkilləri, yarımçılpaq və çılpaq şəkildə olan fotoları reklam edilir. Şəkillərin altında qızların yaşı, yaşadığı şəhər, milliyyəti qeyd edilir. Məsələn, erotik şəkli reklama çıxarılan qızlardan birinin adının Eva, yaşının 28 olduğu, özünün isə Bakıda yaşadığı qeyd edilir. Erməni saytları 28 yaşlı “bakılı qız”ın özünə kişi axtardığını reklam edir. Azərbaycan qızlarının erotik fotolarını və onların “seksual xidmət göstərdiklərini” əks etdirən erməni saytları bununla bizə qarşı növbəti təxribat, mənəvi terror edirlər. Bu mənəvi terrorun qarşısının alınması üçün, heç şübhəsiz ki, aidiyyəti qurumlar aktiv olmalıdırlar.

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, internet resurslarında işimizi həddən artıq zəif qurmuşuq. F.Hacıbəylinin sözlərinə görə, ermənilər bizə qarşı ideoloji təxribatları və mənəvi terror aktlarını əsasən internet üzərindən reallaşdırırlar. “Erməni mediası zaman-zaman Azərbaycana qarşı bu və ya digər istiqamətdə təxribatlar həyata keçirib. Azərbaycan qızlarının hədəfə alınması da bu qəbildəndir. Bilirsiniz ki, ermənilər tarixdə qədim sənətlə məşğul olan ilk toplumdur və dünyada bu işlə əsasən erməni qızları, qadınları məşğul olublar. Təkcə Kim Kardaşyanın adını çəkmək kifayət edir ki, dediklərimin həqiqiliyi sübut olunsun. Bu gün internet əsridir, insanlar sosial şəbəkələr, müxtəlif kanallar, saytlar, portallar vasitəsilə saysız cinayətin, təxribatın, mənəvi terror hadisəsinin baş verdiyini müşahidə edirlər. Ermənistana aid xəbər saytlarında “azərbaycanlı” qızların erotik fotolarının yayılması da təxribatdır, ölkəmiz haqqında dünyada yanlış rəy yaratmağa xidmət edən məsələdir. Erməni saytlarının “bakılı qızlar” kimi təqdim etdiyi o fotolar başqa ölkələrin, lap elə ermənilərin özlərinin qızlarına da aid ola bilər, sadəcə, onlar bunu “azərbaycanlı” kimi təqdim etməklə bizə qarşı çirkin niyyətlərini ortaya qoyurlar. Fikrimcə, bu bizə qarşı mənəvi terrordur və bu terrora qarşı əlaqədar dövlət qurumları, QHT-lər öz etirazını bildirməli, həmin saytların bloklanması üçün işlər görməlidirlər. Dövlət qurumları erməni saytlarının Azərbaycan qızlarına qarşı mənəvi terror həyata keçirməsi ilə hansısa bir vasitə ilə mübarizə aparmalıdırlar. Biz belə məsələlərdə aktiv olmalıyıq” - deyə F.Hacıbəyli qeyd etdi.

O, həmçinin, bildirdi ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələni xüsusi nəzarətdə saxlamalıdır.

Bəzi ekspertlər isə hesab edirlər ki, o reklamlar “Google” tərəfindən yayılır və bütün dünya saytlarında avtomatik yerləşdirlir (?). 

Başqa ekspertlər isə hesab edirlər ki, Ailə, Qadın və Uşaq Problemləri Komitəsi erməni saytlarının bu təxribatlarını araşdırmalı və onlara adekvat cavab verməlidir. Məsələ ilə bağlı komitə ilə əlaqə saxladıq. Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə bildirdilər ki, bu məsələni araşdırmaq və ona münasibət bildirmək komitənin səlahiyyətinə aid deyil: “Bu, ermənilər tərəfindən məqsədli şəkildə törədilən təxribatdır. Bu sırf təxribat xarakterlidir. Amma onunla bağlı hər hansı bir araşdırma aparmaq, ona münasibət bildirmək komitənin səlahiyyətinə aid deyil”.       

İradə SARIYEVA