Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan dəstəni ifşa etdi - FOTO

19 Fevral 2020 17:33 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi növbəti uğurlu tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa edilib.

Belə ki, Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllərməhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb. Tədbirin davamı olaraq Eldar Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri -  oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanaraq məsuliyyətə cəlb edilib. Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir.