Şimali Koreya lideri koronavirusa yoluxan nazirlik rəsmisini edam etdirdi

14 Fevral 2020 11:23 (UTC+04:00)

Totalitar rejimin idarə etdiyi Şimali Koreyada rəhbərliyi koronavirusa yoluxduğu ehtimal edilən Ticarət Nazirliyinin əməkdaşını edam etdirib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın Ticarət Nazirliyinin rəsmisi, prezident Kim Çen Inla birlikdə Çin səfərindən sonra koronavirus şübhəsi ilə karantin altına alınıb. Karantin altında olmasına baxmayaraq, hamama getdiyi ortaya çıxan nazirlik rəsmisi həbs edilib, daha sonra isə edam olunub.

Şimali Koreya, bu günə qədər virusa yoluxanlar təsadüf edilməsə sə, xüsusilə Çinlə həmsərhəd bölgələrdə virusa qarşı çox sərt tədbirlər görür. Hökumət rəsmiləri, virusa qarşı mübarizəyə zidd hərəkət edən hər kəsin sərt şəkildə cəzalandırılacağını bildirir.