60 saylı seçki dairəsinin də nəticələrinin ləğv olunması məsələsinə baxıldı

13 Fevral 2020 19:31 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Trend-in məlumatına görə, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsinin lider namizədi Fəzail Ağamalıdır.