İşə düzəltmə adı ilə vətəndaşlara “pul atan” Mətanət Süleymanzadə kimdir...

12 Fevral 2020 15:09 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakıda fəaliyyət göstərən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin saxlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İdarənin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “Trend”ə deyib ki, vətəndaşlardan daxil olan müracətlər üzrə Xətai RPİ İstintaq şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Hazırda o saxlanılmayıb.

Xatırladaq ki, mediada yayılan məlumatda bildirilir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.