"Həmişə olduğu kimi, Davosa İlham Əliyevlə başlayıram!"

22 Yanvar 2020 10:06 (UTC+04:00)

 Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya1" telekanalına müsahibə verib.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə jurnalist Nailə Əsgərzadə paylaşım edib. 

 "Davos forumunda işimə artıq ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə ilə başlayıram. Efiri izləyin", - deyə jurnalist özünün "İnstagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu öz işinə başlayıb. Forumda 117 ölkədən 3 minə yaxın iş adamı, siyasətçi, akademik və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edir.

Azərbaycan Forumda Prezident səviyyəsində təmsil olunur.