İran Avropanı nüvə sazişindən çıxmaqla təhdid etdi - Nüvə dosyası BMT-yə göndərilsə...

20 Yanvar 2020 17:58 (UTC+04:00)

İran Avropanı Nüvə Silahlarının Yayılmaması haqqında Sazişindən çıxmaqla təhdid edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mətbuat konfransı zamanı bildirib.

Zərif, İran məsələsi, 2015-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması haqqında Sazişi pozduğu iddiası ilə BMT Təhlükəsizlik Şurasına çıxarılacağı halda razılaşmadan ayrılacaqlarını deyib: “Avropa uyğunsuz davranışlarını davam etdirsə və İranın nüvə dosyasını BMT-yə göndərsə, Nüvə Silahlarının Yayılmaması haqqında Sazişindən çıxacağıq”.

Zərif, eyni zamanda, Avropanı yersiz davranışla məşğul olmamağa çağırıb.