"Azercell Telekom" MMC-nin “Mobil Diş Klinikası” hesabatını açıqladı - FOTO

15 Yanvar 2020 15:29 (UTC+04:00)

“Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb. Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəbinə, uşaq evlərinə, eyni zamanda, rayonlarımıza səfər edib, minlərlə ehtiyacı olan insana yardım ediblər. 2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olunub.

Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan “Azercell” “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.

Qeyd edək ki, bu klinikanın bütün tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikası”nın həkimləri tərəfindən müayinə edilib və ehtiyac olduğu təqdirdə müalicə alıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.