Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaş qəbulu keçirəcək

13 Dekabr 2019 16:56 (UTC+04:00)

Dekabrın 18-də Ədliyyə nazirinin müavini Toğrul Musayev Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, 40) vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, qəbulda Qəbələ rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-652-07-07), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət edə bilərsiniz.