Saatlının Sarıcalar sakini avtomobildən plastik kart oğurladığı üçün polis tərəfindən saxlandı

7 Noyabr 2019 14:18 (UTC+04:00)

Noyabrın 6-da Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Sarıcalar kənd sakini İlqar Alışov avtomobilindən balansında 600 manata yaxın pul olan ona və anasına məxsus 2 ədəd plastik kartın oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kartları oğurlayıb, balansında olan pulu çıxaran şəxsin zərərçəkmişin həmkəndlisi, 32 yaşlı Mirsaleh Rəhimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı həmin plastik kartlar və pullar ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı M.Rəhimov barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Toğrul NƏSİRLİ
polis baş leytenantı