Türkiyə ordusu Suriyada yerüstü əməliyyata başladı – Ordu sərhədi keçdi...

9 Oktyabr 2019 23:41 (UTC+04:00)

Türkiyə quru qoşunları sərhədi keçərək yerüstü əməliyyatlara başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumata yayıb.

Nazirlik TSK və Suriya Milli Ordusunun Fəratın şərqində “Barış Pınarı” (Sülh Bulağı) əməliyyatı çərçivəsində yerüstü hərbi əməliyyatlara başladığını bəyan edib.