ABŞ-ın “dollar ekspansiyasına” qarşı yeni Türkiyə-Rusiya sazişi - Azərbaycanın da qoşulması üçün möhkəm əsaslar var...

9 Oktyabr 2019 19:16 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın Türkyəni iqtisadi cəhətdən məhv edə biləcəyi ilə bağlı yeni təhdidindən sonra qardaş ölkədə dollar-lirə kursunun perspektivi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. ABŞ-ın yenə Türkiyəyə qarşı iqtisadi hücumları fonunda lirənin kəskin ucuzlaşması istiqamətində addımlar ata biləcəyi istisna olunmur. Belə bir vaxtda Ankara ABŞ üçün heç də xoş olmayan bir addım atıb.

Məlumatlara görə, Rusiya və Türkiyə milli valyutalarla ticarət və ödənişlərlə bağlı saziş imzalayıb. Bildirilir ki, Rusiya Maliyyə Nazirliyi ilə Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi arasında imzalanan razılaşma banklararası əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, iki ölkənin biznes subyektləri arasında fasiləsiz ödənişlərin təmin edilməsi məqsədi daşıyır. Rusiya tərəfindən sazişi maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfdən isə Xəzinə və maliyyə naziri Berat Albayrak imzalayıb. Burada əsas məqsəd inkişaf və Rusiya ilə Türkiyə arasındakı ticarətdə rubl və lirənin istifadəsinə tədricən keçid, müvafiq maliyyə bazarı infrastrukturunun yaradılması, şirkətlər üçün milli valyutanın cəlbediciliyinin artırılmasıdır. O da vurğulanır ki, sazişin imzalanması Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı və bərabər ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsi, inkişafı üçün vacib bir addımdır. Qeyd edək ki, bir çox ölkələr dolların iqtisadiyyatda hegemonluğundan yaxa qurtarmaq məqsədilə milli valyutalarla beynəlxalq iş aparmaq üçün hərəkətə keçib. Bunlar arasında Rusiya, Türkiyə və Çin kimi nəhəng iqtisadiyyatlı ölkələr diqqət cəlb edir. İndi Türkiyənin atdığı addımlar fonunda ABŞ-ın dollar üzərindən ona təsiri əhəmiyyətli dərəcədə azalır.

Ümumiyyətlə, Rusiya və Türkiyə müəyyən müddətdir ki, ticarəti milli valutalar üzərindən aparmağı düşünür. Qeyd olunan xüsusda müəyyən ilkin addımlar atılır. Belə ki, Moskva Birjası türk lirəsi ilə əməliyyatlara başlayıb. Xatırladaq ki, daha əvvəl Türkiyə Rusiyadan aldığı raketdən müdafiə sistemlərinin ilkin avansını da məhz milli valyutada ödəmişdi. Belə ki, Türkiyə “S-400" Hava Hücumundan Müdafiə Sisteminin alışı üçün rublla avans ödənişin həyata keçirmişdi. İndi isə, görünür, tərəflər milli valyutada alış-verişin həcmini daha da genişləndirəcək. Elə bağlanan yeni müqavilələr də bunu təsdiq edir. Ümumiyyətlə, Tür­ki­yə və Ru­si­ya, elə­cə də Çin pro­ses­də ma­raq­lı­dır. He­sab olu­nur ki, Ru­si­ya və Çin, elə­cə də Tür­ki­yə ti­ca­rə­ti mil­li val­ya­ta­da apar­maq is­ti­qa­mə­tin­də ad­dım ata bil­sə, bu, son­ra­dan bü­tün re­gi­o­na tə­sir edə­cək. Hət­ta pro­se­sə Azər­bay­ca­nın da qo­şul­ma­sı göz­lə­ni­lən­dir. Qeyd olunanlar fonunda Azər­baycan çox ma­raq­lı si­tu­a­siy­a­da yer alır, çünki dollara qarşı fəal siyasət yürüdən Rusiya və Türkiyə Ba­kı­nın stra­te­ji tə­rəf­da­şı­dır. Digər tərəfdən, həm Ru­siya, həm də Türkiyə Azərbaycana da ticarəti milli valyutalarda aparmaq təklifi ilə çıxış edib.  Bundan öncə “Bank VTB Azərbaycan”ın İdarə Heyətinin sədri Kirin Yevgeni bu xüsusda maraqlı açıqlamalar verib: “Ölkələrimiz arasında ticarət dövriyyəsi üzrə hesablaşmalarda milli valyutalar daha yüksək paya malik olmalıdır. İlk növbədə iqtisadi səbəbləri nəzərə alsaq, bu daha sərfəlidir. Bu, şirkətlərə hesablaşma və mübadilə əməliyyatları ilə bağlı xərcləri azaltmağa imkan verəcək. Ölkələrimiz arasındakı hazırkı dövriyyə uzun illər ərzində işgüzar ənənələr əsasında formalaşıb. Hesab edirəm ki, milli valyutalara keçidlə bağlı prosesləri sürətləndirmək üçün biz iqtisadi stimullar yaratmalıyıq. Məhz bu, milli valyutalara keçidi tezləşdirəcək. Rusiya Azərbaycanın ticarət tərafdaşları arasında ilk üçlüyə daxildir. Bundan başqa, ölkələrimiz arasında əvvəlki kimi iqtisadi əlaqələrlə yanaşı, humanitar bağlar da böyükdür. Biz bunu adi məişət nümunələrində, elə təyyarə reyslərinin məlumat intensivliyində də görə bilərik. Gün ərzində Moskvadan Bakıya 10 reys həyata keçirilir, pul köçürmələri çox aktivdir. Bizim məqsədimiz budur ki, elə bir iqtisadi stimul yaradaq, əməliyyatları milli valyutalarla etmək daha sərfəli olsun“. Rusiyanın “Sberbank” bankının rəhbəri German Qref də bunu mümkün sayır və qeyd edir ki, Rusiya ilə Azərbaycanın ticarət əməliyyatlarındakı hesablaşmaları daha böyük həcmdə milli valyutalara keçirmək mümkündür: “Məncə, bu çox düzgün addım olardı. Bunun üçün müvafiq infrastruktur yaradılmalıdır”. Xatırladaq ki, bundan əvvəl, prezident Vladimir Putin də daxil olmaqla, digər Rusiya rəsmiləri də Azərbaycanla ticarətin milli valyutada aparılmasında maraqlı olduqularını bildiriblər. Ankara isə bəyan edir ki, Azərbaycanla Türkiyə idxal-ixrac əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadə etdiyi zaman özlərini xarici şoklardan sığortalamış olacaq. Göründüyü kimi, Türkiyə Azərbaycanla ticarətdə milli valyutadan istifadədə maraqlıdır.

Eləcə də cənub qonşumuz Azərbaycanla ticarət əlaqələrində milli valyutalardan istifadə olunmasına getdikcə daha çox maraq göstərməkdədir. Hələlik az həcmdə ticarətin milli valyutada həyata keçirilməsi ölkələr üçün mümkün sayılır. Əslində, Azərbaycanın Türkiyə və Rusiya ilə ticarətində, qismən də olsa, milli valyutalardan istfiadə olunur. Ekspertlərin rəyinə görə, bir valyuta asanlıqla istənilən valyutaya dəyişdirilirsə, həmin valyutadan xarici ticarətdə istifadə etmək olar. Onu da xa­tır­la­daq ki, bu gün dün­ya­da mər­kə­zi banklar ara­sın­da öz mil­li val­yu­ta­la­rı­nın mü­ba­di­lə təc­rü­bə­si ge­niş in­ki­şaf edir. Belə vəziyyətdə qarşıdakı dövr ərzində Azərbaycanın xarici ticarətdə milli valyutadan istifadəsinin genişlənməsi tamamilə gözlənilən sayılır.

Tahir TAĞIYEV