Ermənistan hökumətinin milli azlıq kimi göstərmək istədiyi yezdi kürdləri sürətlə yoxa çıxır...

8 Oktyabr 2019 17:11 (UTC+04:00)

Statistik rəqəmlərə görə, Ermənistanda milli azlıqların nümayəndəsi ölkə üzrə 2,7 faiz təşkil edir ki, bu da dünyada ən aşağı göstərici hesab edilir. Bu mono-etnik işğalçı ölkədə yaşayan milli azlıqların hüquqları mütəmadi olaraq gobud şəkildə pozulur.

Bu cür etnik xalqlardan biri də yezdi kürdləridirilər ki, onlar İrəvan xanlığının işğalından sonra Türkiyədən köçürülərək Araz çayı boyunca Alagöz (Ələyəz) dağının ətəyindəki bir sıra boşalmış türk kəndlərində məskunlaşmışdılar. Yezdilər Ermənistanda say etibarı ilə milli azlıqlar içərisində ön yerdədilər. Bu ölkədə onların sayı 70 min nəfər təşkil edir. 1990-cı ilin statistik rəqəmlərinə görə, ölkə üzrə yezdilərin  sayı 220 min təşkil edirdisə, bu gün  artıq bu rəqəm 70 minə düşüb. Ermənistanda ən çox yezdilər məhz Armavir vilayətinin (Sərdarabad mahalı) payına düşür. Bu bölgədə yezdilərin sayı əvvəllər 140 min nəfərə yaxın olsa da,  ölkədəki ikili yanaşmalara və ayrıseçkilik hallarına görə 85 min yezdi bölgəni tərk edərək xaricə üz tutub. Hazırda  Armavir bölgəsində cəmi 55 min yezidi milləti yaşayır. Ümumilikdə isə Ermənistanda 17 kənddə bu millətin ümayəndələrinə rast gəlmək olar. Ermənistanın bölgələrində yezdilərin əsas məşğuliyyəti mala-qara və heyvandarlıq təsərrüfatıdir. Yezdilər əsasən öz təsərrüfatlarını yay aylarında mal-qaraları ilə birgə dağlıq ərazilərə, qış aylarını isə yenidən məskunlaşdıqları aran bölgəsinə üz tuturlar. Ermənistanda yezdilərin məskunlaşdığı ən böyük kənd Armavir vilayətinin Fərik kəndidir ki, burda da bu milli azlıqların nümayəndələri yerli icra orqanları tərəfindən yerli-yersiz incildilib-alçaldılır. Ölkədə  yezdilərin yeganə məşğuliyyəti heyvandarlıq təsərrüfatı olmasına baxmayaraq, onlara qarşı yerli məmurlar tərəfindən ayrıseçkilik hallarına yol verilir. Ermənistanın yerli status vətəndaşlığını daşıyan yezdilərin  pay torpaqları qanunsuz olaraq yerli məmurlar tərəfindən əllərindən alınaraq mənimsənilir. Bundan başqa, yezdilər istehsal etdiyi qida-ərzaq  məhsullarını da yerli bazarlara çıxarmaqda süni maneələrlə qarşılaşırlar. Bu və digər kimi hallarla üzləşən yezdilər təsərrüfat sahələrini inkişaf etdirməkdə, eyni zamanda normal həyat tərzi yaşamaqda sıxıntı keçirirlər. Yezdilərə qarşı bu kimi özbaşınalıqların, neqativ halların və ikili yanaşmaların baş verməsi halları bu etnik xalqın  Ermənistanı kütləvi şəkildə tərk etmələri ilə nəticələnir...

Aydın EYVAZOV
AMEA Qafqazşünaslıq İnstitutunun,
Ermənişünaslıq şöbəsinin əməkdaşı,