ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir...

10 Sentyabr 2019 17:48 (UTC+04:00)

ABŞ maliyyə naziri Stiven Mnuçin Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə raket sistemini alması ilə əlaqədar Tramp administrasiyasının sanksiyalar tətbiq edilməsini nəzərdən keçirdiyini, lakin hələ qərar verilmədiyini bildirib.

Ağ Evdən kənarda jurnalistlərlə verdiyi şərh zamanı Mnuçindən Maliyyə Nazirliyinin bu sanksiyaları nəzərdən keçirib-keçirmədiyi barədə suala cavabda o deyib: "Buna baxırıq. Hər hansı bir qərara münasibət bildirməyəcəyəm, amma baxırıq".

Mnu,in hələlik heç bir potensial hədəf göstərməyib.