Bir gündə “isti izlərlə” açılan cinayətlərin sayı 40-a çatdı

9 Sentyabr 2019 12:33 (UTC+04:00)

Sentyabrın 7-dən 9-dək Respublikanın daxili işlər orqanları 2 gün ərzində törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı