Pakistan Hindistan prezidentinin təyyarəsinin bu ölkə üzərindən uçmasına imkan vermədi

8 Sentyabr 2019 11:09 (UTC+04:00)

Pakistan Hindistan prezidentinin İslandiyaya uçuşu zamanı qonşu ölkə hava məkanından istifadə etmək tələbini rədd edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi açıqlama verib.

Pakistan XİN başçısı qonşu ölkənin Cammu və Kəşmirin xüsusi statusunu ləğv etmək qərarına cavabın bir parçası olaraq hava sahəsinib Hindistana bağlanması da daxil olmaqla, bir neçə variantı nəzərdən keçirdiklərini deyib.

Şah Mahmud Qureyşi Pakistanın, Hindistan prezidentinin İslandiyaya uçuşu zamanı hava məkanından istifadə etmək istəyinə rədd cavabı veridiyini bildirib. Qərarı Baş nazir İmran Xan təsdiqləyib.