İngiltərə ermənini İrəvana səfir göndərir...

13 Avqust 2019 18:13 (UTC+04:00)

Böyük Britaniya media orqanlarının məlumatına görə, erməni əsilli Andranik Qoqbaşyan İngiltərənin İrəvandakı səfiri təyin edilib.

Özlüyündə maraqlı olmayan faktın diqqət çəkən tərəfi var. Əslən pakistanlı bir müsəlman Londonun meri seçilib və burda təəccüblü bir şey yoxdur. Lakin təəccüblü odur ki, İngiltərə hakimiyyətində ermənilərlə bağlı nəzər çəkən bir tərpəniş var. Əvvəlcə İngiltərədəki səfir Sarkisyan Ermənistana prezident gətirildi. Sonra türk əsilli ermənipərəst osmanlı jurnalistinin törəməsi olan Boris Conson baş nazir seçildi. İndi də erməni səfir... Nə baş verir?

Ramil QULİYEV