Trampdan İranın “CİA casuslarını tutduq” iddiasına reaksiya… “Doğru deyil”

23 İyul 2019 00:14 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp, İranın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) işləyən bəzi casusları tutduğu bəzilərini də edam etdiyinə dair iddiaları rədd edib.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp Twitter-də İranın CIA adından casusluq edənləri ifşa etdiyini iddia etməsinin doğru olmadığını yazıb.

"İranın CİA agentlərini ələ keçirdiyinə dair xəbərləri tamamilə yalandır, doğru deyil.

Başarısız olan və nə edəcəyini bilməyən dini lider tərəfindən ortaya atılan yalandır, eynilə vurulan PUA olayı kimi. İranın iqtisadiyyatı ölür də daha da pisləşir. İran qarışıqlıq içindədir" - Tramp bildirib.

Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyi, iyunun 17-də ABŞ adına casusluq edən 17 nəfərin tutulduğunu və bəzilərinin edam cəzasına məhkum edildiyini açıqlayıb.