Britaniya İrana qarşı Fars körfəzinə sualtı nüvə qayığı göndərir

22 İyul 2019 10:12 (UTC+04:00)

Böyük Britaniya Fars körfəzində müdafiə qabiliyyətinin artırılması üçün atom sualtı qayığı göndərə bilər.

Baki-xeber.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

London digər gəmilərin İrandan qorunması üçün belə bir addım atmağı nəzərdən keçirir. Bu təklif hökumətin təhlükəsizlik üzrə komissiyasında da müzakirə olunub.

Xatırladaq ki, iyulun 19-da Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb.