Aİ və Türkiyənin "Cənub Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstəyi təqdir olundu

16 İyul 2019 12:51 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) və Türkiyə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib. “Trend”in məlumatlna görə, bunu Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənub Qaz Dəhlizi"nin iştirakçılarından biri olan Türkiyə ilə Aİ arasındakı münasibətlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Aİ ilə Türkiyə arasında əməkdaşlıq potensialı çox yüksəkdir.

Vitse-prezident qeyd edib ki, layihə gələn il istismara veriləcək: "Bundan sonra Cənubi Avropa ölkələri, eləcə də Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Türkiyə ərazisi ilə nəql edilən Azərbaycan qazını alacaq".