Efiopiyada çevriliş cəhdi… Baş qərargah rəisi öz evində cangüdənləri tərəfindən öldürüldü

23 İyun 2019 16:42 (UTC+04:00)

Efiopiya Baş Qərargah rəisi general Seare Mekonnen, Amhara əyalətində baş verən çevriliş cəhdi zamanı öz cangüdəni tərəfindən güllələnib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, general çevriliş cəhdindən bir neçə saat sonra paytaxtdakı evində öz cangüdənləri tərəfindən öldürülüb.

Efiopiya rəsmi televiziyası, ağır yaralanan baş qərargah rəisinin xəstəxanada öldüyünü açıqlayıb.

Amhara əyalətinin mərkəzi şəhəri Bahirdarda yerli hökuməti hədəf alan çevriliş cəhdi zamanı əyalət rəhbəri və məsləhətçisi də öldürülüb.

Uğursuz çevriliş cəhdinin drxasında hələlik adı açıqlanmayan bir generalın olduğu bildirilir.