Tramp təsdiqlədi - İranı vurmaq əmri verdi, ancaq hücumu 10 dəqiqə qalmış dayandırdı

21 İyun 2019 18:19 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İrana qarşı hücum əmri verdiyini və 10 dəqiqə qalmış bundan imtina etdiyini təsdiqləyib.

Baki-xeber.com xəbər veri ki, Tramp İrana qarşı sanksiyalara üstünlük veriləcəyini deyib.

Bazar ertəsi İran beynəlxalq sularda pilotsuz uçan aparatımızı vurdu. Dünən axşav hucum etsəydik, 3 fərqli obyekt hədəfə alınacaqdı. Neçə adamın öləcəyini soruşdum və bir general mənə 150 ​​adamın öləcəyini söylədi. Mən hücumu 10 dəqiqə qalmış dayandırdım, çünki qeyri-mütənasib bir cavab olacaqdı. İran məsələsinə tələsmirəm. Dünən gecədən etibarən daha çox sanksiya tətbiq etməyə başladıq. İran heç vaxt nüvə silahına sahib olmayacaq” - ABŞ prezidenti deyib.