Ailəsi onu axtarır – Şabran rayon sakini... - FOTO

19 İyun 2019 16:47 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Dadaşova Nuranə Ədalət qızının əlamətləri belədir: Boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.