Zaqatala sakini külli miqdarda narkotiklə saxlandı

19 İyun 2019 12:47 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanaraq Polis Şöbəsinə gətirilib.  Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub. Keçirilmiş tədbirlərin davamı olaraq R. Abdurahmanovun  yaşadığı evə də polis əməkdaşları tərəfinən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.