Bolton Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək

19 İyun 2019 11:27 (UTC+04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton həftə sonunda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri “twitter” səhifəsində yazıb.

"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün həftə sonunda onlarla görüşü səbirsizliklə gözləyirəm", - deyə C.Bolton yazıb.

“ABŞ regionda sülh məsələsinin irəliləyişində köməklik göstərməyə hazırdır”, - deyə o əlavə edib.