Ukraynada səfərdə olan Merkeli rəsmi qarşılanma zamanı titrəmə tutdu, kansler özünü ancaq saxladı - VİDEO

19 İyun 2019 00:06 (UTC+04:00)

Ukraynaya rəsmi səfərə gələn Almaniya kansleri Angela Merkel səhhətində problem yaranıb.

Baki-xeber.com xəbər verir ki, Prezident sarayı qarşısında rəsmi qarşılanma mərasimi zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə yanaşı dayanan Merkelin vəziyyəti qəfil pisləşib. Merkel həmin vaxt titrəməyə başlayıb. Buna baxmayaraq, Almaniya kansleri çətin də olsa ayaqda dayanmağı bacarıb.

Bir dəqiqə ərzində Almaniya kansleri əlinin vəziyyətini təxminən bir neçə dəyişib. Ancaq Ukrayna Prezidenti baş verənlərə heç bir reaksiya verməyib.

Təxminən bir saat sonra jurnalistlərin qarşısına çıxan 65 yaşlı Merkel “Ondan sonra ən azı üç stəkan su içdim, su içməyə ehtiyacım var imiş. İndi özümü yaxşı hiss edirəm” deyib.