Xətai lombardında nə baş verib?

18 İyun 2019 13:05 (UTC+04:00)

İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanaraq 36-cı Polis Bölməsinə təhvil verilib. Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.

Araşdırma aparılır.