Ramiz Mehdiyev Patruşevlə görüşüb

18 İyun 2019 21:38 (UTC+04:00)

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat katibi Yevgeni Anoşin məlumat verib.

O bildirib ki, iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutan ikitərəfli görüşdə güc və xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti, eləcə də bu ilin sonunadək təhlükəsizlik sahəsində əməkdaşlıq planı müzakirə olunub.