Tramp 11 sentyabr hücumlarının arxasında kimlərin olduğunu bildiyini deyir – “İraq deyildi...”

18 İyun 2019 12:23 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp 11 sentyabr 2001-ci ildə ABŞ-da terror hücumlarının arxasında kimlərin olduğunu bildiyini söyləyib.

Baki-xeber.com xəbər verir ki, ABC News-a açıqlama verən Tramp, ABŞ-ın Orta Şərqə hərbi müdaxiləsini, "ölkə tarixində ən pis qərar" olduğunu deyərək sərt tənqid edib.

Bölgəni "bataqlıq" kimi xarakterizə edən Tramp, "Orta Şərqə getmək qorxunc bir qərar idi. Qorxunc” deyib.

11 sentyabr hücumlarının arxasında kimin olduğunu bildiyinə eyham vuran Tramp deyib: "Bu İraq deyildi, başqaları idi və məncə onların kim olduğunu bilirəm".

Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə çoxu səudiyyəli Əl-Qaidə terrorçuları tərəfindən Nyu-Yorkdakı məşhur Əkiz Qüllələr və Virginiya əyalətindəki Müdafiə Nazirliyi (Pentaqon) mərkəzinə kamikadze hücumları təşkil edilmiş, təxminən 3,000 nəfər həlak olmuşdu.