Bakı və İslamabad xüsusi qoşunların hərbi təlimlərini keçirəcək

18 İyun 2019 11:37 (UTC+04:00)

Azərbaycan və Pakistan xüsusi qoşunların birgə təlimlərini keçirəcək. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün jurnalistlərə bildirib

“Azərbaycan və Pakistan xüsusi qoşunların birgə təlimlərini keçirəcək. Təlimlərin 2019-cu ildə keçirilməsi planlaşdırılır”, - müdafiə naziri deyib.