Kreml Oman körfəzində tankerlərə hücuma görə ABŞ-ın İranı ittiham etməsini cəfəngiyyat adlandırdı

16 İyun 2019 23:03 (UTC+04:00)

Kreml Oman körfəzində tankerlərə hücumla əlaqədar İranın ünvanına istənilən ittihamların qəbuledilməz olduğunu bəyan edib.

Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bütün tərəfləri təmkinli olmağa və inandırıcı məlumatları gözləməyə çağırıb.

“Biz ağ toz ilə şüşələri unutmamışıq. Biz bunu xatırlayırıq. Buna görə qiymət verməkdə təmkinli olmağı öyrənmişik və əvvəl olduğu kimi, buna baxmayaraq, vəziyyəti ağılla qiymətləndirməyə və hər hansı inandırıcı məlumatların üzə çıxmasını gözləməyə çağırırıq”, - Peskov “Moskva. Kreml. Putin” proqramında Oman körfəzində insidentdə İranın əli olmasına dair ABŞ-ın ittihamlarını şərh edərkən bildirib.

O vurğulayıb ki, “bu halda hər hansı məxfi məlumatlara istinad etmək cəfəngiyyatdır”.

“Bu cür insidentlər həqiqətən dünya iqtisadiyyatının sadəcə təməlini sarsıtmağa qadirdir, bu səbəbdən burada əsassız ittihamları çətin ki, diqqətə almaq olar”, - Peskov bəyan edib.